Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da Bakı Biznes Mərkəzində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək deyib ki, bu il Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi Günü və Ümumdünya Uşaq Əməyi ilə Mübarizə Günü çərçivəsində “Yeni nəslin təhlükəsizliyi və sağlamlığı” şüarı ilə birgə illik kampaniya həyata keçirmək qərara alınıb. Bu mövzu gənclərin təhsildən əmək prosesinə, uşaqlıq dövründən yetkinlik dövrünə keçidinin təhlükəsiz və gənclərin sağlamlığı üçün ziyansız ötüşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, son onilliklər ərzində iş yerləri intensiv texnoloji təkmilləşməyə məruz qalır və bu da sürətli qloballaşma ilə birlikdə dünyada bir çox insanların əmək şəraitini dəyişdirib. Bəzən dəyişmə prosesi o qədər sürətlə baş verir ki, bu, əmək şəraitinin və əməyin mühafizəsi sisteminin kökündən dəyişməsinə səbəb olur. Bəzi hallarda təhlükələri və riskləri azaltmaq və ya aradan qaldırmaq mümkün olur. Lakin yeni texnologiyalar yeni risklər və təhlükələr yaradır ki, bu da iş üslubunun dəyişdirilməsini və yeni yanaşmalar tətbiq edilməsini tələb edir. BƏT-in məlumatına görə, işdə alınan xəsarətlərlə və peşə xəstəlikləri ilə əlaqədar hər gün dünya üzrə 7600-dən çox insan həyatını itirir ki, bu da bir ildə 2 milyon 780 min nəfər təşkil edir.

İnsan sağlamlığına ziyan vurulması ilə yanaşı, həmin bədbəxt hadisələr ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, istehsalat xəsarətləri nəticəsində dünya ÜDM-in 3,94 faizini itirir.

AHİK sədri qeyd edib ki, bu gün dünya üzrə 15-24 yaş arasında 541 milyon gənc işçi var və bu da bütün işçilərin 15 faizini təşkil edir. Bütün dünyada qeyri-qanuni olaraq 152 milyon uşağın əməyindən istifadə olunur. 73 milyon uşaq sağlamlıqlarına, təhlükəsizliklərinə və mənəviyyatlarına zərər vura bilən sahələrdə çalışır. Uşaqlar arasında istehsalat xəsarətinin səviyyəsi 25 yaşdan yuxarı olanlarla müqayisədə 40 faizdən çoxdur. BƏT-in 104-cü sessiyasında təşkilatın baş direktoru Qay Rayder qlobal müzakirələrin “Əmək sferasının gələcəyi” şüarı ilə keçirilməsi təklifini irəli sürüb və eyniadlı konsepsiyadan irəli gələn təşəbbüslər respublikamızda diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il dekabrın 6-da təsdiq olunmuş Strateji Yol Xəritəsində inklüziv məşğulluğun artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları və təminatlarının etibarlı müdafiəsi kimi vəzifələr nəzərdə tutulub.

S.Möhbalıyev qeyd edib ki, AHİK-in əməyin mühafizəsi üzrə normativ hüquqi aktlarının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci il dekabrın 14-də “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nı təsdiq edib. Azərbaycan həmkarlar ittifaqları gənclərin məşğulluğunun, təhsilinin, peşə hazırlığının təmin edilməsi, onlar üçün təhlükəsiz və layiqli iş yerləri yaradılması üçün mühüm işlər görür. Gənclərin dərin biliklərə yiyələnməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “İlin peşəkar gənci” fəxri adını təsis edib. Bu ada artıq 107 gənc işçi layiq görülüb. Bundan əlavə, təhsildə və ictimai fəaliyyətdə uğurlar qazanan 156 ali və orta ixtisas məktəbinin tələbələrinə həmkarlar ittifaqının adlı fərdi təqaüdü, imkansız ailələrdən olan dörd min tələbəyə isə həmkarlar ittifaqı hesabına pulsuz nahar verilib.

AHİK sədri nəzərə çatdırıb ki, həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasına nail olublar. 2017-ci il ərzində onlar 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3191 pozuntu aşkar edib, onların 92,2 faizinin aradan qaldırılmasına nail olublar. Nəticədə 319 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 4760 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Yoxlanan müəssisələrdə aparılan işlər hər on iki nəfər işçidən birinin əmək şəraitinin təhlükəsizliyini artırıb və risk amilini azaldıb. Görülən bütün bu işlər əmək kollektivlərinin hər bir üzvündə sosial müdafiəyə və iş yerində xəstəlik və xəsarət almayacağına əminlik yaradır.

S.Möhbalıyev vurğulayıb ki, 2017-ci ildə həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı ötən illə müqayisədə 28,4 faiz (95 hadisəyə qarşı 68 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 36,7 faiz (49 nəfərə qarşı 31 nəfər) azalıb. Respublika üzrə isə istehsalat xəsarəti alanların sayı 26,9 faiz (249 nəfərə qarşı 182 nəfər), istehsalat qəzasından ölənlərin sayı isə 27,4 faiz (84 nəfərə qarşı 61 nəfər) azalıb. Cari ilin altı ayında ötən ilin dövrü ilə müqayisədə həmkarlar ittifaqının əhatə dairəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 2,5 dəfə (15 nəfərə qarşı 6 nəfər) azalıb. Respublika üzrə bu göstərici 42,8 faiz azalaraq 35 nəfərə qarşı 20 nəfər olub. Baş vermiş bədbəxt hadisələrin araşdırılması göstərir ki, son illər ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin əksəriyyəti yeni və formalaşmaqda olan peşə riskləri fonunda baş verib. Buna istehsal proseslərinin texniki təkmilləşməsi, kollektivdə və işçinin ailəsində baş verən sosial və təşkilati dəyişikliklərin təsiri də az olmayıb.

Təkcə 2017-ci ildə ölümlə nəticələnmiş istehsalat xəsarətlərinin 40,6 faizi təlimat və qaydalara əməl edilməməsi, 21,6 faizi təhlükəsizlik qaydalarının pozulması, 5,4 faizi işin düzgün təşkil olunmaması, işə rəhbərlik və nəzarətin olmaması, 2,7 faizi maşın və mexanizmlərdən istifadə qaydalarının pozulması səbəbindən baş verib. Araşdırma aparılarkən gənc işçilərin xəsarətalma hallarına xüsusi diqqət yetirilib. Belə ki, 2017-ci ildə istehsalat xəsarəti nəticəsində 15-30 yaş arasında 2, son 5 ilin nəticələrinə görə isə 21 gənc işçi itirmişik ki, bu da xəsarət nəticəsində həlak olan 186 nəfərin 11,3 faizini təşkil edir.

Bildirilib ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 9328 müəssisə və təşkilat qatılıb, onlardan 297-si bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

2017-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 193-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub. 2017-ci ildə 21763 işçini, o cümlədən 4305 qadın işçini əhatə edən 48 müəssisə və təşkilatda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyalar və müvəkkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların əməyin texniki müfəttişləri tərəfindən 2017-ci ildə müsabiqəyə qoşulmuş təşkilatlarda 922 yoxlama-nəzarət işləri həyata keçirilib. İdarə və müəssisələrin rəhbərliyi ilə birgə aparılan bu yoxlamalarda 544 pozuntu halı qeydə alınıb və onlar aradan qaldırılıb. Əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 434 göstəriş və tələblərin 94 faizdən çoxu yerinə yetirilib. Bununla da 48 müəssisədən 35-də işçilər zərərli iş şəraitindən çıxarılıb, qalan müəssisələrdə isə belə şəraitdə işləyənlərin sayı 41 faiz azalıb. 3715 nəfərin iş şəraiti normalara cavab verəcək səviyyəyə çatdırılıb. İşəgötürənlərin bu məsələlərə diqqəti təqdirəlayiqdir. Belə ki, müsabiqə ilində işəgötürənlərin əməyin mühafizəsinə ayrılan vəsaitləri nəzərdə tutulduğundan 106 min manat artırılıb.

S.Möhbalıyev “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, belə mövzuda müsabiqənin keçirilməsi Azərbaycanın bugünkü sosial-iqtisadi həyatı üçün aktuallıq kəsb edir. Çünki bu gün dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu mənada sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da günün ən vacib məsələlərindən biri kimi qarşıda duran vəzifədir.

Ərəstun Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri məhz sosial-iqtisadi inkişafın və onun davamlılığının təmin olunmasıdır. Bu məqsədlə son 15 ildə regionların sosial-iqtisadi inkişafı sahəsində üç dövlət proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın dinamikliyinin, xüsusilə də regionların tarazlaşdırılmış inkişafının təmin olunması üçün genişmiqyaslı işlər görülüb. İnvestisiya mühiti yaxşılaşdırılıb, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Beləliklə də Azərbaycan əhalisinin məşğulluğunun artırılması üçün lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıtda yeni sənaye müəssisəsi - polipropilen zavodu açılıb. Əlbəttə, burada da əsasən Azərbaycan vətəndaşları çalışacaqlar. Yeni texnologiyaların tətbiq olunduğu müəssisədə savadlı, peşəkar kadrlara ehtiyac var. Bu müəssisədə çalışanlar öz təcrübələrindən istifadə edərək Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəklər.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, son 15 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 1,9 milyon iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Onların sırasında gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönümlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.

Tədbirdə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək ölkəmizdə sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, dayanıqlı, etibarlı və sosial müdafiə sisteminin qurulması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə ötən dövr ərzində çox ciddi işlər görülüb. Bir sıra strategiyalar, proqramlar həyata keçirilib və hazırda bu proses davam etdirilir.

Diqqətə çatdırılıb ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması mühüm əmək normasıdır. Azərbaycanda qanunvericilik aktlarında sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı müddəalar mövcuddur. Görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisələrin azalması istiqamətində müsbət dinamika müşahidə olunur.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb