Azərbaycan Dövlət İnformasiya Agentliyi

SAĞLAMLIĞINIZI UNUTMAYIN

VAŞİNQTON. Yaponiyanın “Nihon” universitetinin alimləri belə bir qənaətə gəlmişlər ki, asta qaçışla müntəzəm məşğul olmaq nəinki insana ümumisağlamlığına müsbət təsir göstərir, həm də onun intellektual qabiliyyətini yüksəldir. Onlar apardıqları tədqiqatların nəticələri barədə Beynəlxalq Nevroloqlar Cəmiyyətinin San-Diyeqo şəhərində (ABŞ) keçirilmiş konfransında məlumat vermişlər. 

İTAR-TASS-ın verdiyi xəbərə görə, Yaponiya həkimləri bir qrup sağlam gənci müayinədən keçirmiş və onlara üç ay ərzində həftədə iki-üç dəfə yarım saat asta qaçışla məşğul olmağı təklif etmişlər. Bütün eksperiment ərzində gənclər yaddaş və fəhm baxımından müntəzəm olaraq kompüter testlərindən keçmişlər. Nəticədə məlum olmuşdur ki, gənclərin, demək olar, hamısı üçaylıq sınağın sonunda testləri daha tez və xeyli yaxşı göstəricilərlə həll etmişlər.

Doğrudur, Yaponiya alimləri xəbərdarlıq edirlər ki, eksperimentin məşğələləri yarımçıq dayandırmış iştirakçıları tədricən öz əvvəlki intellektual səviyyəsinə qayıtmışlar.

Amerikanın Dyuk universitetinin tibb alimləri də fiziki hərəkətlərin insanın intellektual qabiliyyətinə müsbət təsir göstərdiyi barədə eyni qənaətə gəlmişlər. Onlar bir qrup yaşlı adamı müayinə etmişlər. Bu adamlar dörd ay müntəzəm və çox gərgin fiziki məşğələlərdən sonra hafizənin imkanları üzrə testlərdən böyük uğurla keçmişlər.

x x x

LONDON. Piylənmə hazırda Böyük Britaniyanın milli probleminə çevrilmişdir. Bütün Avropada həddindən artıq kök adamların ən yüksək faizi bu ölkədə qeydə alınmışdır. Onların sayı daim artmaqdadır. Hər beş ingilisdən biri piylənmədən əziyyət çəkir və Britaniya adaları sakinlərinin yarısından çoxunun çəkisi normadan artıqdır. Köklükdən əziyyət çəkən gənclərin sayı son on ildə iki dəfə çoxalmışdır. Lakin bü meylin kütləvi hal almasına baxmayaraq, cəmiyyət kök adamların problemlərinə, bir qayda olaraq, məhəl qoymur, bunu onların öz şəxsi problemləri hesab edir. Halbuki piylənmə diabet, ürək xəstəlikləri kimi ciddi azarlara səbəb olur.

Böyük Britaniyanın Səhiyyə Nazirliyi diqqəti bu kateqoriyadan olan adamlara yönəltmək, kök insanların müdafiəsinə qalxmaq üçün yeni xeyriyyə cəmiyyəti təsis etmişdir. Bu qurumun fonduna 400 min funt sterlinq ayrılmışdır. Onu yaradanlardan biri, professor Ceyn Uodlun dediyinə görə, həddən artıq kök adamlar Britaniya cəmiyyətində onların barəsində formalaşmış səhv təsəvvürlərlə mübarizə aparmalıdırlar. Bu məsələnin tədqiqinə bir neçə il vaxt sərf edən xanım Uodl kədərlə deyir: “Kök adamlar daim günahkarlıq hissi keçirirlər, çünki düşünürlər ki, tənbəlliklərindən, az hərəkət etdiklərinindən və çox yediklərindən kökəldiklərinə görə şəxsi məsuliyyət daşıyırlar. Günahkarlıq hissi artaraq, ayrı-seçkiliyə çevrilmiş və işdə, məktəbdə və hətta sağlamlıq mərkəzlərində bu insanlara qlnayıcı münasibət yaranmasına gətirib çıxarmışdır. Bu problem Britaniyada xüsusilə kəskin şəkildə durur, belə ki, ölkənin sakinlərini Avropanın ən şişman milləti adlandırmaq olar”.

x x x

BERLİN. AFR-də rekord qeydə alınmışdır: ötən il adambaşına alkoqolsuz içkilər istehlakı 256 litr olmuşdur ki, bu da 2000-ci ildəkindən 4 litr və ya 10 il əvvəlkindən 53 litr çoxdur.

Bunu ekspertlər də təsdiqləyirlər. Onlar bu müsbət meyldə vətəndaşların sağlam həyat tərzinə meylinin real təcəssümünü görürlər. Alkoqolsuz içkilər arasında mineral sular üstünlük təşkil edir - adambaşına təxminən 110 litr. “Koka-kola”nın və ya limonadın da müxtəlif növləri çox içilən içkilərdəndir. Meyvə şirələrinə isə meyl azdır.

x x x

Tərkibində əczaçılıqda geniş yayılmış kava bitkisi olan dərman preparatları Fransada qadağan edilmişdir. Buna səbəb qonşu Almaniya və İsveçrədə bu bitkinin təsiri nəticəsində qaraciyərin ciddi şəkildə zədələnməsi hallarının qeydə alınmasıdır. Belə hallardan biri hətta ölümlə nəticələnmişdir. Dörd xəstəyə isə təcili surətdə qaraciyər köçürmək lazım gəlmişdir.

 

Mütəxəssislərin fikrincə, preparatların təhlükəli təsiri müalicə kursundan hətta bir neçə ay sonra da təzahür edə bilər. Özü də qaraciyərin xəstəliyi bəzən çox sürətlə gedir. Kavadan hazırlanmış dava-dərmanları hətta qeyri-müntəzəm qəbul etdikdə də qaraciyərə pis təsir göstərə bilər.

Adətən, kava süzənək və sidik kisəsinin iltihabı zamanı qəbul edilən dərmanların tərkibində olur. İstiot fəsiləsindən olan kava, yaxud kava-kava Polineziya və Yeni Qvineya adalarında bitən koldur. Bəzən onu mayaotu bibərinin kökü adlandırırlar, çünki yerli sakinlər kavadan güclü kefləndirici içki hazırlayırlar.

İndi Fransanın səhiyyə orqanları, bəzi homeopatik dərmanlarda çox cüzi doza ilə işlədilməsi istisna olmaqla, qalan preparatlarda kavadan hər hansı şəkildə istifadəni qadağan etmişlər. Kavadan qida məhsullarına əlavə kimi istifadə edilməsinə də qəti qadağa qoyulmuşdur.

Kavadan hazırlanan dərmanlar Qərbdə çoxdan və geniş yayılmışdır. Onlar hətta supermarketlərdə, pəhriz yeməkləri mağazalarında da satılır, bu dərmanları indiyədək İnternet vasitəsilə sifariş vermək olar.

x x x

PEKİN. Şimali Çinin şəhərlərində qrip tüğyan edir. Lakin mütəxəssislərin fikrincə, epidemiya ümummilli problemə çevrilməyəcəkdir.

Həkimlər əhalini öz orqanizmini virusa qarşı daha dözümlü etmək üçün qalın geyinməyə, daha çox su içməyə, otağın havasını daim soyuq hava ilə dəyişməyə və fiziki hərəkətlərlə məşğul olmağa çağırırlar.

Hazırda Çinin 20 əyalətində, muxtar rayonunda və mərkəzi hakimiyyətin tabeliyində olan şəhərlərində qriplə xəstələnmə hallarını müşahidə etmək üçün xüsusi tibb stansiyaları yaradılmışdır. Onlar bu virusun bir neçə növünü aşkara çıxarmışlar. Lakin tədbirlər görülməsinə baxmayaraq, qripə tutulanların sayı xeyli dərəcədə artır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aktoti Raimkulova: Azərbaycan pavilyonu mədəni irsin qorunması və təbiətə həssas münasibəti əks etdirir

Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması işləri davam etdirilir

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Maliyyə Nazirliyinin aparatına olan müraciət sayı açıqlanıb

Ötən ay mikromobillik vasitələrindən istifadə edənlərin sayı 35 faiz artıb

Habil Məmmədov: Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərdir

Elbrus İsayev: Əcəmi Naxçıvaninin memarlıq irsi dünya mədəniyyətinin qiymətli nümunələrindəndir

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib

Gənclər Kitabxanasının professor Sevda Məmmədəliyevanın 80 illik yubileyinə töhfəsi

BMU tələbəsi raket texnologiyaları müsabiqəsində I yerə layiq görülüb

Məktəblərdə payız tətili noyabrın 16-da başlanır

İran ABŞ-nin MQ-1 PUA-sını vurub

Günay Əfəndiyeva: “Bakı Prosesi” dövründə Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Naxçıvanda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO

Qırğızıstan rəsmisi: BMT-nin İqlim Dəyişmələri konfransları Mərkəzi Asiyada da keçirilməlidir

Polad Bülbüloğlu: Azərbaycan mədəni diplomatiyası beynəlxalq dialoqun inkişafına mühüm töhfə verir

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub

Naxçıvan Kukla Teatrı Azərbaycan mədəniyyətini beynəlxalq miqyasda təbliğ edəcək

Şəkidə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycan komandası Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 6 medalla tamamlayıb

Milli Dram Teatrında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

“Şaxtaxtı” gömrüyündə “Meyvə şirəsi və enerji içkisi” yükündə külli miqdarda metamfetamin aşkarlandı VİDEO

Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb

Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

“Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda İCTİMAİ DİNLƏMƏ

Milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

Həftəsonu hava necə olacaq?-  AÇIQLAMA VİDEO

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO

Siyasi şərhçi: Bakı-London tərəfdaşlığı Azərbaycanın geosiyasi və iqtisadi mövqelərini gücləndirir

Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Siyasi şərhçi: Azərbaycan-Böyük Britaniya münasibətləri hərtərəfli strateji səviyyəyə yüksəlir VİDEO

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

FHN təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb VİDEO

İllərin yurd həsrəti doğma ocağın sevincinə çevrilib – Müslüm Hüseynovun gerçəkləşən qayıdış arzusu

Şagird və müəllimlər üçün yeni süni intellekt platforması istifadəyə verilib

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib

Abşeronun qədim tarixinin yadigarı: Qala qəsri - FOTOREPORTAJ

BMU-nun ikili diplom proqramının tələbələri Çində ölkəmizi təmsil ediblər

Bakıda İtaliya mətbəxinin ənənələri təqdim olunub

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb VİDEO

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb VİDEO

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb VİDEO

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan Bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur