REGİONLAR
Sağlamlıq imkanı məhdud olan 24 nəfərə əlil arabası verilib
İsmayıllı, 21 iyul, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyinin, Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə İsmayıllı və Qəbələ rayonlarından olan sağlamlıq imkanları məhdud 24 nəfərə əlil arabası verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, UADM-in direktoru Lətifə Əliyeva və başqaları çıxış edərək əlillərə uzun ömür, cansağlığı arzulayıb, onların daim diqqətdə saxlanılacaqlarını söyləyiblər.
Əlillər Anar Hacıyev və Nicat Məmmədov göstərilən qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə respublika paralimpiya yarışlarında ağır atletika üzrə III yeri tutan birinci qrup əlil Şakir Ömərova fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Sonda rayon musiqiçilərinin ifasında konsert proqramı nümayiş etdirilib.