REGİONLAR
Şahbuzlu gənclər peyntbol üzrə muxtar respublika birinciliyinin qalibi olublar
Naxçıvan, 20 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə gənclər arasında keçirilən peyntbol üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən birincilikdə 8 komanda mübarizə aparıb. Yarışın final görüşündə “Şahbuz” və “Naxçıvan” komandaları üz-üzə gəliblər. Görüşdə qələbə qazanan şahbuzlu gənclər muxtar respublika birinciliyinin qalibi olublar. “Naxçıvan” və “Sədərək” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom, plaket və peyntbol mərmiləri ilə mükafatlandırılıblar.