Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şahdəniz” Konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üçün “Trans-Adriatik Pipeline” boru kəməri layihəsini seçmişdir VİDEO

Bakı, 28 iyun (AZƏRTAC). “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya çatdırmaq üçün “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçmişdir.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 28-də Bakıdakı “Four Seasons” otelində “Şahdəniz” Konsorsiumunun keçirdiyi tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel məlumat vermişdir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun iki il əvvəl Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi” ilə bağlı imzalanan Birgə Bəyannaməni yüksək qiymətləndirən Q.Birrel “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində çıxarılacaq qazı Avropaya nəql edəcək kəmərin seçilməsinə dair verilən qərarın kommersiya xarakterli olduğunu diqqətə çatdırmışdır.

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru olan bp-nin regional prezidenti demişdir ki, enerji əməkdaşlığı Azərbaycanın Avropa ilə əlaqələrinin ən mühüm istiqamətlərindən biridir. Bu əməkdaşlıq ölkənin dünya bazarları üçün etibarlı neft və qaz təchizatçısı kimi qazandığı mükəmməl təcrübəyə əsaslanır. Azərbaycan etibarlı tərəfdaş olduğunu ilk dəfə dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə nümayiş etdirmiş və indiyədək bu yataqdan hasil olunmuş təxminən 2,3 milyard barrel neft əsasən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılmışdır. Azərbaycan, həmçinin nəhəng “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsində Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyə və Gürcüstanı “mavi yanacaq”la təchiz edən etibarlı qaz təchizatçısı kimi də özünü təsdiqləmişdir.

Azərbaycan qazının Avropaya ilk nəqlinin TAP vasitəsilə həyata keçiriləcəyini və seçilmiş bu variantın “mavi yanacağ”ı İtaliya və Cənub-Şərqi Avropa bazarlarına çatdıracağını vurğulayan Q.Birrel demişdir: Son iki ildə qazın nəqli üçün yekun təkliflərin qiymətləndirilməsi zamanı çox böyük işlər görülmüşdür. Uzun çəkən, hərtərəfli qiymətləndirməyə əsaslanan bu proses ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında həyata keçirilmişdir. Bu meyarlara kommersiya səmərəliliyi, layihənin icra, texniki layihələndirmə, tənzimləmə və şəffaflıq, təhlükəsiz və səmərəli istismar mümkünlüyü, genişləndirmə imkanı və ictimai maraqlar daxildir. Şübhəsiz ki, əlavə qaz ehtiyatları, o cümlədən mövcud yataqların altında yerləşən daha dərin kollektorlar, habelə “Şəfəq-Asiman” və digər perspektiv strukturlar gələcəkdə Azərbaycanın qaz ixracını daha da artıracaqdır. Biz əminik ki, gələcəkdə daha iri həcmdə qazın Avropaya nəqli üçün ikinci boru kəməri, eləcə də əlavə regional birləşdirici boru kəmərləri də vaxtında inşa ediləcəkdir.

Cənab Q.Birrel daha sonra qeyd etmişdir ki, “Şahdəniz Mərhələ 2” çərçivəsində dənizdə aparılan qazma və infrastruktur işləri ilə yanaşı, Səngəçal terminalında əlavə həcmlər üçün hazırlıq işləri də sürətlə davam edir və bu, Azərbaycanda və Gürcüstanda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi qismində həyata keçirilir. Türkiyədə biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə TANAP-ın (Trans-Anadolu təbii qaz boru kəməri layihəsi) işlənilməsi üzərində çalışırıq. Ümumiyyətlə, “Şahdəniz Mərhələ 2” layihəsi 40 milyard dollardan artıq dəyərə malikdir və bazarlara ildə 16 milyard kubmetrdən çox qaz çıxaracaqdır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxışında bildirmişdir ki, Azərbaycanın Avropanın mühüm və etibarlı qaz təchizatçısına çevrilməsi yolunda ciddi irəliləyiş əldə olunmuşdur. Qeyd edilmişdir ki, bu mühüm uğurun əsasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ildə irəli sürülmüş təşəbbüs dayanır. Dövlətimizin başçısı ötən həftə Brüsselə səfəri zamanı Avropanın etibarlı və çoxşaxəli qaz təchizatında Azərbaycanın mühüm strateji rolunu bir daha diqqətə çatdırmışdır. Bugünkü irəliləyiş Azərbaycanın Avropanın etibarlı qaz təchizatçısı rolunda çıxış etməyə hazır olduğunu əyani surətdə təsdiqləyir.

R.Abdullayev gələcək imkanlar haqqında danışarkən Prezident İlham Əliyevin fikirlərinə istinad edərək vurğulamışdır ki, Azərbaycan tərəfi Avropaya ixrac edilən qazın həcminin sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacağına ümid bəsləyir. Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatımız vardır. Azərbaycan gələcəkdə hasil ediləcək qazın tədarükü üçün də Avropaya mühüm bazar kimi baxır. “Cənub qaz dəhlizi”, o cümlədən bugünkü qərar Avropa istehlakçılarının təhlükəsiz və etibarlı təchizatçısı olmaq haqqında planlarımızın ən vacib hissəsini təşkil edir.

TAP layihəsinə qazandığı uğur, “Şahdəniz” Konsorsiumuna isə qiymətləndirmə prosesinin tamamlanması və seçimi münasibətilə səmimi təbriklərini çatdıran ARDNŞ-in prezidenti daha sonra demişdir: Biz bu seçimi Azərbaycanın Avropa bazarları ilə bağlı planlarının reallaşdırılması istiqamətində ilk addım hesab edirik. “Cənub qaz dəhlizi”nin açılması ilə bağlı planlar yalnız bununla məhdudlaşmır, qarşıda bizi sonrakı mərhələlər gözləyir. Biz “Şahdəniz-2” yatağından ildə 10 milyard kubmetr qazın nəqlini zəncirin yalnız ilk halqası kimi təsəvvür edirik. Biz, eyni zamanda, “Şahdəniz” Konsorsiumunun Cənub-Şərqi Avropa ölkələrinə qaz ötürəcək digər kəmər layihələri ilə işləmək planlarından da məmnunluq duyuruq. “Şahdəniz” Konsorsiumu Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində də işləyir. Avropa Komissiyası artıq Cənubi və Cənub-Şərqi Avropada qaz şəbəkələrinin inkişafına yardım edəcək birləşdirici kəmərləri dəstəkləməyə üstünlük verir. Bu birləşdirici kəmərlər qaz həcmlərinin gələcəkdə daha da artmasının əsasını qoyur.

Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu deyən R.Abdullayev əlavə etmişdir ki, biz bu gün mövcud imkanları nəzərə almaqla, “ikinci qaz dalğasını” da aydın görürük. “Şahdəniz”dən əlavə, “Azəri-Çıraq-Günəşli”nin dərinsulu hissəsinin, “Abşeron”, “Ümid” və “Şəfəq-Asiman” kimi yataqların işlənilməsi Azərbaycanın qaz ixracını kəskin şəkildə artıracaqdır. Biz TAP-ın potensial genişlənməsi, eləcə də Bolqarıstan, Rumıniya və Macarıstan ərazisindən Avstriyaya doğru ikinci marşrutun açılması ilə Avropaya qaz ixrac həcmlərinin artmasının da şahidi olacağıq. Hər iki kəmər marşrutunun inkişaf planları gələcəkdə qaz həcmlərinin artmasının əsasını təşkil edir və biz bu prosesin gedişində Avropa Komissiyasının göstərdiyi yardımı yüksək qiymətləndiririk. Beləliklə, biz “Nabukko” qaz dəhlizini gələcəkdə hasil olunacaq qaz həcmləri üçün təbii bazar kimi görürük. Başqa sözlə, yeni təchizat mənbələrinin “Cənub qaz dəhlizi” ilə Avropa bazarlarına çıxışının TAP-la məhdudlaşmayacağı, onun hüdudlarından kənarda da davam edəcəyi gözlənilir.

Azərbaycanın “Şahdəniz”in ardınca Avropanı əlavə qazla təmin edəcək digər layihələri də inkişaf etdirmək əzmində olduğunu bildirən ARDNŞ-in prezidenti Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsinin də Türkiyə ərazisindən keçəcək TANAP ilə “Cənub qaz dəhlizi”ni təchiz etmək potensialına malik olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bəziləri gələcək imkanlar haqqında danışmağın hələ çox tez olduğunu söyləyə bilərlər. Amma son zamanlar “Abşeron” yatağında aparılan uğurlu kəşfiyyat işləri və ARDNŞ tərəfindən “Ümid” qaz yatağının kəşfi Xəzər dənizində aşkarlanmış yeni yataqların potensialını aydın göstərir. Bu kəşflər 2020-ci illərin əvvəllərində əlavə qaz həcmləri ixrac etmək imkanı yaradır. Buna görə də əminik ki, Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacaq və bugünkü qərar həqiqətən də qarşılıqlı mənfəətə əsaslanan yanaşmanın zaman keçdikcə xəyaldan reallığa çevrilməsi deməkdir.

Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində infrastrukturun yaradılması üçün təxminən 40 milyard ABŞ dolları məbləğində sərmayənin qoyulmasının həm ölkəmizə, həm də Gürcüstan və Türkiyəyə irimiqyaslı investisiyalar yatırılmasına səbəb olacağını vurğulamışdır. O qeyd etmişdir ki, hazırda Gürcüstan ərazisindən nəql edilən qazın 5 faizi bu ölkə tərəfindən istehlak olunur. Bu baxımdan ötürülən qazın həcmi artdıqca Gürcüstan üçün daha çox qaz əldə etmək imkanları yaranır. Bu layihənin həyata keçirilməsi nəticəsində Türkiyəyə ildə əlavə 6 milyard, bütövlükdə isə 12,6 milyard kubmetr, Yunanıstan, Albaniya və İtaliyaya 10 milyard kubmetr Azərbaycan qazı çatdırılacaqdır. Bununla yanaşı, Cənubi Qafqaz boru kəmərinin illik ötürücülük qabiliyyətinin mövcud 8 milyard kubmetrdən 24 milyard kubmetrədək artırılması və maksimal ötürücülük həcminin 60 milyard kubmetrədək nəzərdə tutulması bu siyasətin əsas elementlərindən biridir.

Nazir bildirmişdir ki, “Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması Transxəzər layihəsinin gerçəkləşməsinə və eyni zamanda, Xəzərin Azərbaycan sektorunda yerləşən yeni yataqların daha sürətlə işlənilməsinə səbəb olacaqdır. Bu da öz növbəsində “Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının tezliklə mənimsənilməsinə, “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman” və digər perspektiv strukturlarda nəhəng işlərin başlanmasına müsbət təsir göstərəcək və beləliklə, yaxın onilliklərdə Azərbaycan iqtisadiyyatına investisiyaların axınını təmin edəcəkdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Şahdəniz” Konsorsiumunu seçimi münasibətilə təbrik edərək, TAP-ın həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini vurğulamışdır. Birləşmiş Ştatların layihə seçimi prosesində neytral mövqedən çıxış etdiyini deyən səfir diqqətə çatdırmışdır ki, ABŞ “Şahdəniz” Konsorsiumunun seçimini alqışlayır və TAP layihəsini dəstəkləyir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışaraq demişdir ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası “Cənub qaz dəhlizi” çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir.

Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin müraciətini tədbir iştirakçılara çatdıran bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li də “Şahdəniz” Konsorsiumunun seçimini alqışladıqlarını bildirmiş, bu seçimi qaz təminatı və marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırmışdır.

Ədalətli və şəffaf seçim prosesinə görə “Şahdəniz” Konsorsiumuna təşəkkürünü bildirən TAP-ın icraçı direktoru Kjetil Tunqland layihə barədə məlumat verərək diqqətə çatdırmışdır ki, uzunluğu 870 kilometr olacaq TAP boru kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyanın cənubuna çatdıracaqdır. TAP-ın bu ölkələrin iqtisadiyyatına böyük töhfə verəcəyini vurğulayan icraçı direktor irihəcmli sərmayə qoyuluşunun və minlərlə iş yerinin açılmasının planlaşdırıldığını demişdir. Qeyd olunmuşdur ki, layihə çərçivəsində İtaliyanın qaz şəbəkəsinin genişləndirilməsi üçün də böyük investisiyalar yatırılacaqdır. Bu qaz şəbəkəsinin Avropanın hər tərəfinə “mavi yanacaq” ötürmək imkanına malik olduğunu deyən K.Tunqland layihə çərçivəsində görüləcək digər işlər barədə də məlumat vermiş, kəmər vasitəsi ilə təchizatı 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırmaq imkanının olduğunu söyləmişdir.

Sonra mətbuat konfransı keçirilmiş, jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

“Şahdəniz” Konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üçün “Trans-Adriatik Pipeline” boru kəməri layihəsini seçmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib