İQTİSADİYYAT
Sahibkarlar “Astana EXPO-2017” sərgisinə və investisiya potensialının təqdimatına dəvət olunurlar
Bakı, 27 may, AZƏRTAC
İyunun 10-dan sentyabrın 10-dək "Astana EXPO-2017" beynəlxalq ixtisaslaşdırılmış sərgisi çərçivəsində "HK Kazakh İnvest" şirkəti Qazaxıstan Respublikasının investisiya potensialının təqdimatı pavilyonunu təşkil edəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar sərgi və pavilyonda iştiraka dəvət olunurlar. Pavilyonda mütəmadi olaraq təqdimatlar, forumlar, dövlət, biznes, həmçinin İnvestorlar Klubunun nümayəndələri ilə görüşlər keçiriləcək.