İQTİSADİYYAT
Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbuluna başlayır
Bakı, 23 aprel (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xankəndidən olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihələrdə kiçik cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması nəzərdə tutulur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:11]
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
- 04.05.2024 [12:34]
Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ
- 04.05.2024 [10:38]
Dünya birjalarında neft ucuzlaşıb
- 04.05.2024 [10:30]