Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, №23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №1, maddə 6, №3, maddə 226, № 4, maddə 280; 2000, №7, maddə 489; 2001, №11, maddə 686, №12, maddə 736; 2002, №5, maddələr 241, 248; 2003, №1, maddələr 1, 16, №12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, №10, maddə 938; 2008, №2, maddə 49, №5, maddə 348; 2010, №4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddəyə “mənfəət” sözündən sonra “(fərdi sahibkarlar tərəfindən gəlir)” sözləri əlavə edilsin;

2. 6-cı maddənin birinci hissəsinin onuncu bəndinin birinci cümləsinə “mənfəətdən” sözündən sonra “(gəlirdən)” sözü, ikinci cümləsinə “mənfəətin” sözündən sonra “(gəlirin)” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin