Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SAHİBKARLIQ FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN DÖVLƏT QEYDİYYATININ “BİR PƏNCƏRƏ” PRİNSİPİNƏ UYĞUN TƏŞKİLİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNIN 2008-Cİ İL 20 FEVRAL TARİXLİ 713 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü və 8.1.11-ci maddələrində nəzərdə tutulmuş fiziki şəxslər barədə məlumatların verilmə dövriliyini müəyyən etmək məqsədi ilə qərara alıram:

1. “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 54) 3.4-cü bəndində “16-cı maddəsinin 1-ci bəndində” sözlərindən sonra “nəzərdə tutulan hüquqi şəxslər” sözləri əlavə edilsin, “hüquqi şəxslər barədə” sözləri “fiziki şəxslər barədə” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin