Sahilbərkitmə işləri aparılır
Ucar, 5 avqust (AZƏRTAC). Türyançay və Göyçay çaylarının Ucar rayonu ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, çayların təkcə Ucar ərazisindən keçən hissəsində baş verə biləcək daşqın 5 yaşayış məntəqəsini, habelə 1000 hektar əkin sahəsinə təhlükə törədir. Buna görə də mütəmadi olaraq çayların daşqın təhlükəsi olan hissələri lildən təmizlənir və sahilbərkitmə işləri həyata keçirilir.
Cari ilin ötən dövründə həm Türyançay, həm də Göyçay çaylarının sağ və sol sahilləri boyunca 2,9 kilometr bəndlər təmir edilmiş, 96,8 min kubmetr məcra lildən təmizlənmişdir. Habelə, 124 kubmetr həcmində betonla sahilbərkitmə işləri aparılmışdır.
Hazırda hər iki çayda lildən təmizləmə və sahilbərkitmə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]