RƏSMİ XRONİKA
ŞAHMAT MƏKTƏBİNİN AÇILIŞI
Prezident İlham Əliyev martın 3-də, Samux rayon mərkəzində Şahmat məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısını binanın önündə məktəblilər hərarətlə qarşıladılar. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. 2007-ci ildə tikilib istifadəyə verilən bu məktəbdə təcrübəli müəllimlərin köməyi ilə 60-a yaxın uşaq qədim oyunun sirlərinə yiyələnəcəkdir.
Məktəbdə ulu öndərin və Prezident İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Dövlətimizin başçısı gənc şahmatçıların oyununu izlədi və onlara uğurlar arzuladı.
######