İDMAN
Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilir
Bakı, 14 yanvar (AZƏRTAC). Respublika Şahmat Mərkəzində 1999-2000-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə birincilikdə 50 şahmatçı mübarizə aparır.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarışlara beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə rəhbərlik edir. Oğlanlar arasında yarışlar İsveçrə sistemi üzrə 9 turdan, qızların yarışları isə dairəvi sistem üzrə 11 turdan ibarətdir.
Yarışların final mərhələsi mart ayında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]