MƏDƏNİYYƏT
Şair-publisist Oruc Şahbuzlunun şeirlər kitabı çapdan çıxıb
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Oruc Şahbuzlunun “Qartal qonan izim var” adlı şeirlər kitabı çapdan çıxıb.
Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin vətənə, vətənpərvərliyə, ata-anaya, saf məhəbbətə həsr edilmiş müxtəlif səpkili şeirləri yer alıb.
Qeyd edək ki, doğma torpağa bağlılıq, vətənə məhəbbət, insanlara sevgi, dostluğa sədaqət, doğma və yaxınlara qayğı və yüksək vətəndaşlıq hissləri müəllifin zəngin poetik yaradıcılığının əsasını təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [10:43]
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
- 08.05.2024 [10:29]