Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şairlə xanəndənin dostluğu

Bakı, 26 iyul, AZƏRTAC

Gəncədən başlanan tanışlıq

Xalq şairi Səməd Vurğun klassik xanəndələrdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir. O, dahi Üzeyir bəy Hacıbəylinin də şəxsiyyətinə böyük hörmət bəsləyib, bəstəkar haqqında sanballı məqalə və şeirlər yazıb. Şair 1948-ci ildə qələmə aldığı “İnsan qəlbinin tərənnümçüsü” adlı məqaləsində yazırdı: “...Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb, loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bəzən ürəyimiz kaman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik”.

Tədqiqatçı-jurnalist Vasif Quliyevin Xalq şairi Səməd Vurğunla Xalq artisti Xan Şuşinskinin dostluğundan bəhs edən məqaləsində bu barədə söhbət açılır. AZƏRTAC həmin məqaləni təqdim edir.

... Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. O vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin “dəlisi” olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində onu xüsusi bir məhəbbətlə tərənnüm edir:

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Şairin oğlu Vaqif Səmədoğlu xatirələrində xan Şuşinski ilə atasının dostluğundan söhbət açır: “...Xan əmi mənim yadımda həyatım boyu gördüyüm ən saf, ən təmiz və zahirən ən gözəl insan kimi qalıb. Sənətkarlığını bir yana qoysaq, həm də doğrudan da görkəmli bir insandı. Xan əmi hərdən bizə atamla dərdləşməyə, söhbətə gəlirdi. Məclislərimizdə iştirak edirdi. O, hər il dekabrın 25-də dəvət gözləmədən bir qohum, bir əmi, Səməd Vurğunun dostu kimi bizə, rəhmətlik Yusifin ad gününə gələrdi. Günümüz çox şən keçərdi, Xan əmi, atam, Mehdixan əmim bir-biri ilə zarafatlaşardılar. Axı, zahirən onların oxşarlıqları da vardı.

Aralarında Qarabağ- Qazax dialektlərində gülməli söhbətləri olardı. Mənimlə Aybənizin doğum günü yay aylarına düşdüyünə görə orada-burada keçirərdik. Yusifin ad günü isə qışa düşdüyündən şəhərdə evimizdə keçirilərdi. Xan əmi Yusifin ad gününə xanəndə kimi yox, dost kimi gələrdi.

Səməd Vurğunun ağır vaxtları idi. Atam 1952-ci ildə çox ağır vəziyyətdə idi. O vaxt bizim ailə sürgün olunmalı, Səməd Vurğun isə tutulmalıydı. Hətta order də imzalanmışdı. Bəzim sürgün yerimiz də artıq məlum idi. Qazaxıstanın hansısa vilayətinə. Bax, o dövrdə çoxları bizdən üz döndərmişdi. Belə bir vaxtda Xan əmi həftədə, on gündən bir gəlib, atama baş çəkərdi. Oturub, söhbət edirdi, fikrini dağıtmaq üçün zarafatlaşırdı. Onda mənim on üç yaşım vardı. Sonradan dərk elədim ki, bu kişidə xanəndəlikdən başqa, böyük ağsaqqallıq, müdriklik də var. Səməd Vurğunla Xan əmi həyatda bir-birlərini çox istəyiblər. İndi də Xan əminin duzlu, məzəli söhbətlərini unutmamışam”.

“İsa bulağı”nda çal-çağır məclisi

1955-ci il iyulun 18-də bu iki ayrılmaz dostun son görüşləri də elə Şuşada İsa bulağında oldu. Həmin görüşdə iştirak edən görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski Xan Şuşinski haqqında yazdığı məqalədə bu görüşü belə təsvir edir: “... Səməd məni Xanın dalınca Ağdama göndərdi. Mən onun 09-61 nömrəli “Pobeda” markalı maşını ilə Ağdama getdim. Mənə dedilər ki, Xan Əhmədavar kəndindədir. Kəndə gələndə gördüm ki, o, tut ağacının altında oturub, tut yeyir, qardaşı Allahyar isə çay içir. Xan məni görcək təəccüblə:

-Boy, o, Firi bala (Xan çox vaxt məni nəvazişlə belə çağırardı), sən hara, bura hara?!

-Yol azmışam, - dedim.

-Ay canım, sən bicin birisən, yol azmazsan. - Sonra yarıcıddi halda səsləndi:-Xeyir ola?!

-Dostun gəlib, səni İsa bulağında gözləyir.

Çox maraqlıdır, Xan soruşmadı ki, hansı dostum. Dərhal bildi ki, söhbət Səməd Vurğundan gedir. Sonra başını bulayıb, çiyinlərini çəkdi və gülümsəyərək dedi:

-Ay canım, Səməd ovcunun içini iyləmişdi? Nə bilib ki, mən burdayam?

-Xan, maşın gözləyir, vaxt da keçir, tərpənmək lazımdır, - deyib onun qolundan tutdum, kənddən çıxdıq...

“İsa bulağı”nda bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar kimi görüşdülər.

... Məclis qızışdı. Xan Səmədin ən çox sevdiyi “Mirzə Hüseyn segahı”nı oxudu. Özü də onun “Dünya” rədifli şeirini muğam üçün mətn seçmişdi... Şeir misra-misra səsləndikcə meşənin hər yanından “ay can, ay can, min yaşa, sənə nənəm qurban, şairə eşq olsun!” sədaları ucalırdı. O günü “İsa bulağı”nın başqa hüsnü vardı. Sərin meşə, soyuq bulaq, Xanın gözəl səsi, Səməd Vurğunun şair nəfəsi “İsa bulağı”na başqa gözəllik verirdi. Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin. Yaxşı yadımdadır, şair tarzənə dedi:

-Aya, Allahyar, o tarı “Yetim segah” üstündə köklə, bəri ver!

Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü. Bulaq ətrafındakı səkilərdə dincələn yüzlərlə adam bizi dövrəyə aldı.

Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu. Səməd “Segah”ı pəsdən oxuyub qurtaranda meşəni alqış bürüdü. Xanın:

-Əmioğlu, axı, sən Vaqifi çox sevirsən, bəs niyə Vaqifdən yox, Ələsgərdən oxudun?- sualını eşidən Səməd dərindən “ah” çəkib dedi:

-Ay xan, Vaqif də bizimdir, Ələsgər də. Hər iksi böyük sənətkardır. Amma nədənsə xəyalımı gəzdirən Qarabağ dağlarını seyr etdikcə istər-istəməz aşıq Ələsgərin “Dağlar” şeiri yadıma düşdü. Xüsusilə, böyük ustadın sözləri ürəyimi titrədir…

Səməd Aşıq Ələsgərin “Dağlar” qoşmasını əzbərdən deyəndə Allahyar tarı ondan alıb, “Kəsmə şikəstə” çalmağa başladı. Xan isə həmin sözləri şikəstə üstündə oxudu.

Havalansın Xanın səsi və ya dostların son görüşü

O gün Səməd Vurğunun “İsa bulağı”nda qurduğu məclis gecədən keçənədək davam etdi. Artıq dan yeri sökülürdü. Meşənin bülbülləri yuxudan oyanmışdılar. Bunu görən Səməd üzünü Xana çevirdi:

-Ay Xan, ayə, eşidirsənmi? Səhər bülbülləri yuxudan oyanıblar.

Xan mehribancasına gülümsəyərək başını buladı:

-Əmioğlu, indi nə demək istəyirsən, nə qayıraq?

Səməd Vurğun yarıcıddi, yarızarafatla:

-Necə yəni, nə qayıraq? Niyə görmürsən bu səhər bülbülləri səni yarışa çağırır? Sonra daha ciddi halda:- Onları susdurmaq lazımdır,-dedi.

-Nə ilə?- Xan gülümsər halda dilləndi:

Səməd hökmranə səslə:

-“Qarabağ şikəstəsi” ilə! - sonra vüqarla əlavə etdi:- qoy bu sərin meşələr, əzəmətli dağlar, bizə həsrət-həsrət baxan o nurlu dan ulduzu belə, Qarabağ bülbüllərinin deyişməsini eşitsinlər.

Səmədin bu sözləri hamının ürəyindən oldu. Məclisdəkilər bir ağızdan “Qarabağ şikəstəsi” deyib, Xanı alqışladılar. Şübhəsiz ki, Xanın başqa əlacı yox idi. O, Səmədin və məclisdəkilərin xahişini nəzərə alıb, Allahyara dedi:

-Qardaş, başla görək.

Bir qədər keçməmiş Xanın cazibədar səsi və cingiltili zəngulələri meşəni yenidən rövnəqə gətirdi. Nədənsə bu dəfə Xan şikəstə üstündə çox dərdli-kədərli sözlər oxuyurdu. Elə bil hiss edirdi ki, bir də Səmədlə görüşməyəcək. Təsadüfi deyil ki, şikəstəni bu sözlərlə qurtardı:

İsa bulağının meşəsi,

Sındı qəlbimin şüşəsi.

Dostundan ayrı düşənin

Ağlamaq olur peşəsi.

Xan qavalı yerə qoyar-qoymaz yenə də meşəni alqış sədaları bürüdü. Səməd də son dərəcə məyus idi. Dostunu kədərli görən Xan dilləndi:

-Əmioğlu, yenə nə olub? Niyə pərişansan?

Səməd Xana yaxınlaşıb, onu bərk qucaqladı. Sonra ətrafdakılara nəzər salıb, bir daha Xanı bağrına basaraq vaxtilə sevdiyi bir qıza yazdığı qəzəlin misralarını gözləri yaşarmış halda əzbərdən dedi.

Çox qəribə, həm də maraqlı idi ki, niyə həmin dəqiqələrdə onun yadına məhz bu qəzəlin kədərli sözləri düşdü.

Dünyada nələr olmur? Doğrudan da, o gün heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis Xan Şuşinski ilə Səməd Vurğunun son məclisidir. Bir də bu iki nəğməkar görüşməyəcək. Bu hadisədən doqquz ay sonra Səməd Vurğun dünyadan köçdü.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb