Sakin: Füzuliyə çatan kimi torpağı öpəcəyəm
Bakı, 18 mart, AZƏRTAC
Otuz ildən çoxdur ki, bu günü gözləyirik. Doğma el-obamıza qayıtmaq ən böyük arzum idi. Çox sevincliyəm. Allah bu işdə əməyi keçən hər kəsə uzun ömür versin.
AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Gülarə İsmayılova deyib.
"Evimə çatan kimi torpağı öpəcəyəm, sonra da Asəf Zeynallının "Ölkəm" romansını oxuyacağam. Bu ölkənin belə gözəlliyini, böyüklüyünü görəsən, necə sevinməyəsən, oxumayasan?!", - deyə keçmiş məcburi köçkün bildirib.
Sonda keçmiş məcburi köçkün dövlətimizin başçısına təşəkkür edib, qazilərə can sağlığı, şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]