Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Salam olsun” kitabına-salam

“Salam olsun” kitabına-salam

Bakı, 15 iyun, AZƏRTAC

Böyük ədəbiyyatı yaradanların hər birinin, hissləri həssas, duyğuları həlim, məfkurəsi ülvi, əqidəsi düz, idrakı dərin, zəkası nurlu, təfəkkürü geniş, təxəyyülü qaynar, ağlı kəsərli, ilhamı yüksək, eşqi tükənməz, məhəbbəti səmimi, insanlığı mükəmməl, vicdanı saf və təmizdir. Çünki onların hər birinin ruhu Tanrı hökmü ilə əfsunlanmış, Tanrının hökmü ilə “yaradıcılar şəcərəsi”nə mənsubluq haqqı verilmiş şəxsiyyətlərdir. Məhz bu haqqa görə də onların, hansı millətə mənsubluğundan və ya hansı inancı əxs etmələrindən, eləcə də harada yaşamalarından asılı olmayaraq, hər birinin, bir-biri ilə təhtələn yaradanlar yaxınlığı, bağlılığı və ya qohumluğu, simsarlığı vardır. Yəni bütün yaradıcı insanların Tanrıdan gələn yüksək, əlahiddə qabiliyyətləri onları bir vəhdətdə birləşdirir və məslək qohumuna çevirir. (Heç şübhəsiz ki, onların arasında əfsunu pozulanlar və dəngəsinin itirənlər də mövcuddur!). Odur ki, böyük ədəbiyyatı yaradanların hər biri əlçatmaz üfüqlərin sakinləridirlər. Bu üfüqlərdə bərqərar olmaq üçün xüsusi canfəşanlığa heç bir lüzum yoxdur. Hər bir yaradıcının yaradıcılığının cövhəri, onun yaradıcılıq xəzinəsi onu həmin zirvəyə sövq-təbii yüksəldir. Bir şərtlə ki, əgər o xəzinə zəngindirsə.

Bu sətirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevın Mahirə Nağıqızının “Salam olsun” kitabına yazdığı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan ədəbiyyatının ölməz nümayəndələrinin yaradıcılıq xəritəsi şifahi xalq ədəbiyyatından, daha sonra isə ulu Dədə Qorquddan üzü bəri sonuncu ədəbiyyat nümunəsi yaradana qədər uzun bir yolun işığında bizi aydınladır. Bu aydınlıqda hər kəsin boyu, görkəmi, fəlsəfi qüdrəti, poetik gücü xəritə boyu öz yerini müəyyənləşdirir. Bu günlərdə hədiyyə aldığım “Salam olsun” adlı bir şeir kitabı, tarixin qədim səhifələrindən bu günə qədər uzanıb gələn ədəbi xəritəmizin silinməz səhifələdrindən birində özünə yer tuta biləcək bir ilhamla məni salamladı, kitabxanama daxil oldu və kitabxanamı zənginləşdirdi. Odur ki, mən də həmin salama, “Əleykümsalam...!- deməyi, özümə borc bildim. Ən əsası isə ondan ibarətdir ki, kitabdakı şerilərin hər biri məni “əleykümsalam”- deməyə vadar etdi. Şeirlərin bədii keyfiyyəti, poetik səviyyəsi və vətənpərvərliklə cilalanmış məzmunu, həmin şeirlərə biganə qalmağa imkan vermədi. Bu qədər vətənpərvər bir şairin, bu qədər vətən sevgisi ilə ürəyinin şamını əridən bir ananın şeirlərini su içimi kimi içməmək olmadığı üçün kitabı birnəfəsə oxudum. Oxuduqca, şairin tükənməz ilhamla qələmə aldığı şeirlərin hər biri vətənpərvər ruhuma yeni ruh qatırdı. Şair qəlbinin ana ürəyi ilə çırpınan vətəndaşlıq mövqeyinin zirvələrə yüksələn böyük təbi və qaynar ilhamı hər şeirdə ürəyimdə coşqu yaradırdı. Vətəni bu qədər böyük məhəbbətlə sevən Azərbaycan şairinə eşq olsun! - bu alqış, könlümdən qopan səmimi duyğudur. Kitabı oxuyub bitirdikdən sonra, müəlliflə ilk görüşümüzü xatırladım. “Nəsimi ili” çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində hazırladığım, müəllifi olduğum “Haqq mənəm” əsərinin tamaşasında İmadəddin Nəsiminin işığına toplaşmışdıq. Tamaşadan sonra əsər haqqında və ümumən Nəsimi yaradıcılığı ilə bağlı tamaşadan aldıqları təəssüratları bölüşən mütəxəssislər sırasında onun da dəyərli, səmimi fikirlərini dinləmişdim və xoş təsir bağışlamışdı.

“Salam olsun” kitabı, Azərbaycan ədəbiyyatında mühüm yer tutan qadın şairlərimizdən birinə, Mahirə xanım Nağıqızına mənsub şeirlər toplusudur. Bu toplu özünün bədii keyfiyyəti, poeziya qüdrəti ilə yanaşı, həm də, məzmun mahiyyəti ilə həddindən artıq diqqətçəkəndir. Kitabda sanballı bir şairin həssas hissləri, həlim duyğuları ilə yanaşı, onun ülvi məfkurəsi, düz əqidəsi, dərin idrakı, nurlu zəkası, geniş təfəkkürü, qaynar təxəyyülü, bütün bunlarla yanaşı saf vicdanı, böyük vətənpərvərlik ruhu ilə tükənməz VƏTƏN eşqi, bir də, Tanrıdan gələn poetik əfsunu öz heyranediciliyi ilə oxucuya şeirlərini birnəfəsə oxumağa sövq etdirir.

Müəllif, kitaba məxsusi olaraq, əsasən, Vətən eşqli şeir nümunələrini, vətənpərvərlik ruhunu yüksəldən poetik tablolarını daxil etmişdir. Bütün ruhu və könlü ilə Azərbaycan sevdalısı olduğunu ifadə edən bu poeziya nümunələri ilə, bir kitabda, Mahirə xanım bütün Türk aləminə, öz soydaşlarına Salam Olsun!- deyə, səslənir. Həm də elə bir zamanda ki, millətimizi dünyanın dörd tərəfindən məngənə arasında sıxmaqdan əl çəkməyən böyük güclərə qalib gəldiyimiz bir zamanda. Otuz ilə yaxın bir müddət ərzinə xalqımızı və millətimizi məcburən məğlub kökünə salan haqsızlara qarşı Ali Baş Komandanımızın rəhbərliyi altında haqq mücadiləsinə qalxdığımız və zəfər bayrağını mənfur düşmən üzərində dalğalandırdığımız bir vaxtda. Belə anlarda yaradıcı insanlar hisslərini öz bədii qüdrətləri ilə ifadə etməklə, vətəndaş mövqelərini göstərir, övladlıq, vətəndaşlıq borclarını yerinə yetirir, həqiqətin tablosunu poetik dillə təcəssüm etdirməyə çalışırlar. Məhz “Salam olsun” kitabının müəllifinin də şair ürəyi öz tükənməz ilhamı ilə qaynayır, hüdudlara sığmayan Vətən eşqi coşur və onu Tanrı qədər uca tutacaq bir məhəbbətlə sevdiyini bəyan edir:

Azərbaycan -

Baş əydiyim Tanrı.

Sənə kömək olsun,

Anamın duaları.

Vətəni bu qədər müqəddəs zirvəyə ucaldan, onu Tanrı qədər ali dəyərlərə malik fenomen kimi tərənnüm edən müəllif, bununla da, öz idrak fəlsəfəsinin hikmətini ifadə edir. Müəllifin vətənə olan belə dərin məhəbbətini gördükdən sonra, hesab edirəm ki, minillik dərdləri bütün ruhu ilə yaşayan və dərmanını bulmaq üçün heç vaxt pəs etməyən bir millətin bütün övladları, öz ruh yüksəkliyi ilə məhz hər zaman yaşamaq eşqini özündə qoruyub saxlamalı və böyük anlamda Vətən sevdasından bir an belə, ayrılmamalıdırlar. Bu sevdanın fəlsəfi dərinliyini dərk etməyə çalışmalı, onu əbədi məhəbbətlə sevməlidirlər. Böyük bir millətin ürəyinin səsini susmadan hayqıran Mahirə xanımın misralarında olduğu kimi:

Azərbaycan -

Göyərən ümidlərim.

Dərmanı, davasısan,

Minillik dərdlərimin.

Müəllifin “Salam olsun” kitabında cəmləşən şeirləri təpədən dırnağa qədər oxucunu Vətən eşqi ilə ruhlanmağa, Vətən uğrunda döyüşməyə, Vətən, torpaq fəlsəfi hikmətinin mahiyyətini dərk etməyə və onu candan əziz tutmağa, vətənin əvəzsiz olduğunu əxs etməyə və təlqin etdirməyə çağırır. Mahirə xanım həm bir ana olaraq, həm də bir şair kimi Azərbaycan övladlarını torpaqlarımızın azadlığı uğrunda zəfər cənginə qalxmağa, şanlı yürüşə səsləyir:

Komandanın özü verib dəyər sənə,

O güvəndi, arxalandı, ey ər, sənə.

Milyonlarını gözü baxır, əsgər, sənə,

Bu məqamdır, zəfərini çalmağa get.

Mahirə xanımın bu kitabda cəmlənən bütün şeirləri ana qəlbinin, ana ürəyinin məlhəmi ilə yoğrulur, o qaynar ürəyin istisinə isinir və oxucusunun ruhuna qida verir. Ümumiyyətlə, ana ürəyi hər zaman Mahirə Nağıqızının şeirlərində sövq-təbii olaraq ön plana qədər yüksəlir, oxucuya məlhəm olmağa çalışır.

Baxın, Vətən uğrunda şəhid olan övladlarımızın qəhrəmanlığını bir Azərbaycanlı şair - ananın şah damarında axan qanı hansı coşqu ilə nəzmə çəkir və necə oxşayır:

Analar ər doğar, oğul böyüdər,

Hər oğul dünyası - nağıl, böyüdər.

Torpağı sevərlər analar qədər,

Düşmənin qəddini bükər şəhidlər...

və ya,

Özü qocalmaz ki, əsri qocaldar,

Gələcək, gedəcək nəsli qocaldar.

Qəlblərdə vətənə heykəl ucaldar,

Azadlıq ağacı əkər şəhidlər.

Mahirə xanım üçün şəhid anlayışı təkcə Vətən uğrunda candan keçməkdən ibarət deyildir, əsasən, Vətənə böyük sevgi ilə bağlılıqdan keçən bir məhəbbətin, sönməz eşqin qüdrəti ilə heç “of” demədən canını vətənin yaşaması uğrunda cəsarətlə qurban verməkdən keçən bir qalibiyyət vəzifəsidir. Ümumiyyətlə, Mahirə xanımın şeirləri göstərir ki, onun ruhu daim coşub-daşan mübarizə əzmindədir. Bir şair üçün isə, belə ruh, əvəzsiz bir sərvətdir. Ona görə də, şair - ana Vətən sevgisi ilə yaşayan, Vətən üçün cəsarətlə canından keçən qəhrəman igidlərimizi ağlamamağı, sızlamamağı, əksinə, onların ruhlarının şad olması üçün qürurla dayanmağı, mübariz olmağı tövsiyə edir:

Vətən, qurbanınam - üzdə demədi,

Əməldə göstərdi, sözdə demədi.

Mahirə, ağlamaq, sızlamaq nədi,

Sənin göz yaşından küsər şəhidlər.

Ana ürəyinin simfoniyası övlad, bala nəğməsi ilə havalanar. Çünki, ananın bətnindən doğulan varlıq, onun simfoniyasıdır. Bu hikməti, bu fəlsəfəni daim uca tutan ana qəlbi şəhidlik zirvəsinə yüksələn övladları bir nəğmə kimi yad edər, şəhidlik zirvəsinin üfüqlərindən boylanan gözəgörünməz baxışlarına ehtiram olaraq həmin nəğməni öz ürəyinə daima səslənər. Mahirə xanımın səsləndiyi kimi. Çünki onların məzarı vətənin istehkamıdır:

Yerə qan tökdülər, ruh göyərtdilər,

Tarixi yazdılar Vətən daşına.

Minillik xalqlara dərs öyrətdilər,

Bu ərən oğullar cavan yaşında.

və ya,

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu - kamıdır.

Onların sağlığı döyüşən əsgər,

Məzarı - Vətənin istehkamıdır.

Nağıqızının Qarabağ haqqında yazdığı “Salam” şeirindəki misralarda şair ürəyinin, ana qəlbinin can yanğısı oxucunun içini göyüm-göyüm göynədir. Otuz il bundan əvvəl tapdağa düşmüş Qarabağ bir andaca gözlər önünə gəlir. Biz o zamanlar Qarabağa yalnız uzaqdan boylanardıq. İçimizdə kükrəyən hiddət içimizi təlatümə gətirərdi. Uzaqdan göndərilən salamın göynərtisinə dözmək mümkün deyildi. Lakin indi biz Qarabağa salamı, onun qoynuna vararaq söyləyə bilirik. Ona görə də şeiri oxuduqca həsrətli günlərin göynərtisi yada düşür və qaysaq bağlamış yaralar sızlayır, hazırkı sevinc hisslərinə qovuşaraq çılğın bir həyəcan yaradır :

Dönüb başına dolannam,

Salam, Qarabağım, salam.

Qadan allam, balan allam,

Salam, Qarabağım, salam.

yaxud,

Mahirə sevincdən ağlar,

Sinəsində ümman çağlar.

Dinər saza həsrət dağlar,

Salam, Qarabağım, salam.

Bir başqa şeirində isə müəllif, Qarabağa olan sevgisini ən gözəl və ən duyğusal hisslərlə belə şəkilləndirmişdir:

Mahirədir mənim adım,

Dedim Qarabağ! - ağladım,

Qəlbim ilə qucaqladım,

Diləyi əllərdi yazan...

Ümumiyyətlə müəllif, kitabda , Vətən kontekstində Qarabağ mövzusuna geniş yer ayırmışdır. “Salam olsun” seirinin biri Qarabağdakı döyüşlərin azman qələbəsindən ruhlanaraq qələmə alınmışdır. Haqq işimizə dəstək göstərən Türkiyə Cümhuriyyətinin, onun liderinin və türk qardaşlarımızın həmrəyliyini vəsf edən bu şeirdə Nağıqızının şair duyğuları daha da cövlana gəlir və İkinci Qarabağ savaşında, bütün dünyanı önünə alaraq bizə böyük dəstək göstərən Türkiyə dövlətinin əzmini, təəssübkeşliyini və qardaşlığını, həmrəyliyini tərənnüm edir:

Nağıqızı, az de, deyin,

Qardaş verər dərdə çiyin.

Kəlbəcərdə mehmetciyin,

Salamına salam olsun.

Əziz oxucu, razılaşmalıyıq ki, “Salam” məfhumu müqəddəs varlığın adı ilə bağlı olduğu üçün, o məfhumda bir doğmalıq, qovuşma, birləşmə, həmrəylik, birlik və bütövlük, eyni zamanda məfkurəni zəfərə yüksəldən bir hikmət var. Ona görə də məhz Mahirə xanım “Salam” fəlsəfəsi ilə yola çıxaraq, kitabın məzmununa xeyli zənginlik gətirmişdir. Kitabda bənzər mövzuları fərqli deyimlərlə tərənnüm edən şair, üç şeiri “Salam olsun” adlandırmışdır. Bundan başqa, ayrıca, “Salam” adlandırdığı şeirində də müəllif bizi məhz eyni ovqatla birliyə, bütövlüyə qovuşmağa səsləyir.

“Salam olsun” məfkurəsi ilə yola çıxan Mahirə Nağıqızının qəlbindəki Vətənə olan sevgisi, eşqi parlaq şəkildə göstərir ki, bu sevda ovuc boyda bir ürəyin sərhədləri çərçivəsində məhdudlaşmır. Geniş arealda qanad açıb, məsafələr qət edir. Böyük Azərbaycan arzusu ilə çırpınan ürəyinin durmadan döyündüyünü göstərir. Vətən haqqında yazdığı bütün şeirlərində onun vətənə olan sevgisinin təkcə bir vətəndaş, insan, ana sevgisi ilə hüdudlanmadığını görürük. Yüksək amallarla yaşayan, böyük vətən sevdası ilə ürəyi durmadan döyünən Mahirə xanımın düşüncəsindəki Vətən anlayışı, onun həyat və əqidə məsələsidir:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

Bir başqa şerində:

Dizinə döymə, dözmərəm,

Qaralar geymə, dözmərəm.

Yurdumda oğlun var, Vətən,

Qəddini əymə, dözmərəm. - deyə, fəğan qoparır.

Mahirə xanımın kitaba daxil etdiyi, yanğı ilə dolu Vətən sevdalı bayatıları da orijinaldır:

Sinəmdə oxum Vətən,

Gecələr yuxum Vətən.

Mənsiz də otun bitər,

Mən sənsiz yoxam, Vətən.

Dediyimiz kimi, “Salam olsun” kitabının məfkurəsi, bir şair qəlbinin vətən sevgisini, yüksək poetik duyğularını təcəssüm etdirən bədii topludur. Bu topluda şair - ananın vətənə olan məhəbbəti müxtəlif rakurslardan boy verir, qanad açır, geniş fəzada göz işlədikcə uçur. Milli ruhu, milli məfkurəni, milli-mənəvi dəyərləri heç bir fenomenə dəyişməyən Mahirə Nağıqızı üçün, vətən qədər, ana dili də keçilməz sevgiyə layiq bir fenomendir. Ana dili məhz elə, Ana Vətən deməkdir! Ona görə də şair - ana “Ana dilim” şeirində soyumuzu, kökümüzü məhz ana dilinə əmanət edir:

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

“Tapşırar” şeirində isə soya, kökə bağlılığın hikmətini, nəsillərin davam etdirilmə fəlsəfəsini bir başqa cəhətdən nəzm edir:

İnsan gedər diləyiylə,

Halal duzu, çörəyiylə.

Oğul olan əməliylə,

Adını ada tapşırar.

“Göyərər” şeirində də məhz, milli bütövlüyün, milli gerçəkliyin həqiqətləri, doğma vətənin əbədilik kriteriyası şair qələmindən ehtirasla süzülür:

Süzülməsə zirvəsindən bir dağın,

Quruyacaq suyu olmaz irmağın.

Ər qanından su içməyən torpağın,

Nə o başı, nə bu başı göyərər.

“Salam olsun” məcmuəsində gözdən qaçmayan bir səmimiyyət öz poetik təcəssümü ilə diqqət çəkir. Vətən ehtirası ilə döyünən ürəyin şah damarında qaynayan, milli ruhla pərvazlanan, gen-geniş fəzanın sonsuzluğuna qədər uçmağa cəhd edən ana - şair duyğuları, vətəninə, millətinə olan öz sevgisini bir də, “Dua” şeirində, könlündən qopan alqışları, duaları ilə qanadlandırır:

Xoş əməldə bitəninə,

Hay-haraya yetəninə,

Sağ canını vətəninə

Qıyanına kömək olsun!

və,

Mahirə bir şər vədəsi

Səslənər, titrəyər səsi.

Kimdisə qərib yiyəsi,

Həyanına kömək olsun!

Bütün ruhu və canı ilə doğma vətəninə bağlı olan və onunla nəfəs alan Mahirə Nağıqızının tək bir amalı vardır. Milli dəyərlərlə, vətənə sevgi və məhəbbətlə, dövlətə və dövlətçiliyə sədaqətlə, milli atributlara dərin sayğı ilə yaşamaq, yaratmaq! Həqiqətlərimizin qorunması, haqqa söykənən əməllərimizin ləyaqətlə yaşaması, bayrağımızın daim zəfərlə dalğalanması Mahirə xanımın ən müqəddəs arzularındandır. “Bayrağımız” şeiri qeyd olunanları daha məzmunlu şəkildə ifadə edir:

Çöhrəsidir arzuların,

Bizi aparan yolların.

Haqq səsidi milyonların,

Haqdan doğan bayrağımız.

Bütün ürəyinin çırpıntıları, hisslərinin, duyğularının həssasiyyəti ilə yazdığı “Salam olsun” kitab toplusuna daxil etdiyi şeirlərində öz vətəndaşlıq mövqeyinin hüsnünün poetik tablosunu yaradan Mahirə Nğıqızı Qarabağın zəfər cəngisinə start verən ölkə rəhbərimizin müqəddəs mətləbini müxtəlif şeirləri ilə son dərəcə böyük rəğbətlə tərənnüm etmişdir. Heç kəsə qaranlıq deyil ki, biz otuz il ağır təzyiqlər altında yaşamışıq. Öz haqqımızı sübut etmək üçün nə qədər mücadilə etsək də, həmişə nahaq duruma salınmışıq. Hətta qırx dörd günlük savaş zamanı belə, dünyanın ən qüdrətli dövlətləri Azərbaycanımızı təkləməyə qalxdılar. Mənfur düşməni doğma torpaqlarımızdan qovmağımıza maneçilik törətməyə çalışdılar. Düşmənin silahlanması üçün saysız-hesabsız maşın karvanları ilə silahlar göndərdilər. Hər tərəfdən, hər cür hücuma keçdilər. Lakin bu gərgin savaşda təmkinlə qərarlar qəbul edən, dünya qarşısında istər siyasi-ideoloji baxımdan, istərsə də hərbi-taktiki cəhətdən bütün üstünlükləri ilə diqqət çəkən Ali Baş Komandanımızın cəsarəti və yüksək sərkərdəlik qüdrəti hər bir həmləni anındaca dəf etdi. Hücuma qalxan hər kəsi mat vəziyyətinə saldı. Nəhayətdə doğma torpaqlarımızı, gözəl Qarabağımızı yağı düşmənin əlindən zorla qopararaq özümüzə qaytardı. Bu uğurları diqqətlə müşahidə edən və biganə qalmayan Mahirə xanımın, ulu öndər Heydər Əliyev ideyalarını qəhrəmancasına yaşadan Ali Baş Komandanımıza olan rəğbəti və Heydər Əliyev fenomeninə olan sonsuz məhəbbəti “Salam olsun” şeir kitabında, bir neçə şeirdə poetik qüdrətlə, qabarıq şəkildə təcəssüm olunur. Coşqun şair ürəyinin dövlət rəhbərinə olan sonsuz rəğbətini tərənnüm edən həmin mənzərə poeziyanın kəhkəşanına “Görünür” şeiri ilə belə həkk olunmuşdur:

İlham yazdı yeni dövrü, zamanı,

Odur xalqın ümid yeri, gümanı.

Bu millətin tarixinin hər anı,

Heydər baba dastanından görünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq