Salyan rayon sakini itkin düşüb
Bakı, 30 aprel, AZƏRTAC
Salyan rayonunun Kürsəngi kənd sakini X.Məmmədova bu ilin martın 8-də rayon polis şöbəsinə müraciət edərək, martın 7-də oğlu, 2008-ci il təvəllüdlü H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, H.Hacıyevin əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarışın və qısa saçlı. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan nazirliyin 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.