REGİONLAR
Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması 30 mindən çox sakinin gediş-gəlişini asanlaşdıracaq
Salyan, 2 dekabr, Mahir Babayev, AZƏRTAC
Salyan-Şirvan avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, yolun Qarabağlı kəndi ərazisindən keçən hissəsində bir neçə gündür təmir-tikinti işlərinə başlanılıb. Bundan başqa, yeddi kilometrlik hissədə işləri sürətləndirmək üçün əraziyə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Qısa müddətdə ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işlərinə başlanılıb.
Qeyd edək ki, yenidənqurma işlərini “Azəravtoyol” ASC həyata keçirir.
Uzunluğu 34 kilometr olan Salyan-Şirvan avtomobil yolunun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox sakininin gediş-gəlişi xeyli asanlaşacaq.