SALYANA GÜCLÜ LEYSAN DÜŞMÜŞDÜR
Salyan, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 11-də saat 12-dən başlayaraq 3 saata yaxın müddətdə Salyan şəhəri ərazisinə fasiləsiz yağan leysan yağışı nəticəsində əmələ gəlmiş sel 50-yə qədər həyəti basmışdır.
Rayon Fövqəladə Hallar Komissiyasından bildirmişlər ki, Fövqəladə Hallar Nazirliyinin regional mobil bölməsinin, yerli idarə və müəssisələrin 10-a yaxın texnikası dərhal hadisə yerinə gətirilərək həyətlərin suyunun çəkilməsinə başlanmışdır.
İlkin məlumatlara görə, çiy kərpicdən tikilmiş bəzi evlərin və yardımçı binaların divarları çatlamışdır. Tələfat yoxdur.
Rayon icra hakimiyyətində yaradılmış komissiya dəymiş ziyanı müəyyənləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]