Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb
Bakı, 23 fevral, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rauf Abuşov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram marixuana və çətənə kolları aşkarlanaraq götürülüb.
Rauf Abuşov narkotik vasitəni sosial şəbəkələr vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:23]