Salyanda açıq havada Etüd günü
Salyan, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Dövlət Rəsm Qalereyası tərəfindən "Konstitusiya və Suverenlik İli" çərçivəsində Etüd günü təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən əldə etdiyi məlumata görə, Etüd günü Salyan şəhərində açıq havada keçirilib. Rəssam Aynur Artın rəhbərliyi ilə keçirilən Etüd günü şəhərin Heydər Əliyev adına xatirə parkında təşkil edilib. Gənc və yeniyetmə həvəskar rəssamlara təbiətdə rəng harmoniyası haqqında məlumat verilib. İştirakçılar sonra parkın müxtəlif guşələrinin eskizini çəkiblər.
Əsas məqsəd gənc istedadların təbiəti birbaşa müşahidə edərək rəngləri, işıq-kölgə münasibətlərini və kompozisiyanı daha dərindən qavramasına şərait yaratmaqdır. Etüd prosesi onların yaradıcılıq təfəkkürünü inkişaf etdirir, real mühitdə işləmə bacarıqlarını gücləndirir və rəssamlıq sahəsinə peşəkar yanaşma formalaşdırır. Bu cür tədbirlər həm də yeniyetmələrin sənətə marağını artıraraq onların özünəinamını və yaradıcılıq motivasiyasını yüksəldir.