SALYANDA EKOLOJİ GƏRGİNLİK ARTIR
Salyan, 9 aprel (AZƏRTAC). Son 15 gündə Salyan rayonu istiqamətində Kür çayında suyun səviyyəsi 1 metrədək qalxmışdır. Nəticədə Salyan şəhəri ərazisinin 80 faizədək ərazisi qrunt suları ilə sirayətlənmişdir. Bu artıq salyanlıların az qala öyrəşdikləri ekoloji daşqın faktorudur. Sahilə yaxın çiy kərpicdən tikilmiş bir sıra ev və yardımçı təsərrüfat binalarında çatlar yaranmış, insanların həyat ahəngi qismən pozulmuş, yoluxucu xəstəliklərin baş qaldırması ehtimalı ciddiləşmişdir. Fövqəladə Hallar Nazirliyinin mobil qüvvəsi bir həftədir ki, hadisə yerindədir. Qurum tərəfindən daşqına daha çox məruz qalmış məhəllələrdə 7 iritutumlu su nasosu quraşdırılaraq fasiləsiz rejimlə işlədilir. Sakinlərin ehtiyatındakı 25 kiçik tutumlu nasos da işə salınmışdır. Həyətləri bürümüş qrunt suları çəkilərək kənara axıdılır. Rayonun Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və təşkilatların imkanlarını, könüllülərin qüvvəsini daşqından mühafizə tədbirlərinin həyata keçirilməsinə yönəltmişdir. Qurumdan bildirmişlər ki, ekoloji hadisənin miqyasının genişlənməsinin qarşısının alınması əlaqədar dövlət qurumlarını daha təsirli üsulların tətbiqinə sövq etməlidir. Yerli ağsaqqalların və mütəxəssislərin qənaətinə görə, Kür çayı yatağının qismən dəyişdirilməsi problemin birdəfəlik həllinə yardımçı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]