REGİONLAR
Salyanda məktəblilər narkomaniyanın törətdiyi fəsadlar barədə maarifləndirilib
Salyan, 30 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışaraq, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu deyən və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan şöbə rəisi son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.