SALYANDA QASIRĞA OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 22-də Salyan rayonu ərazisində əsən güclü külək qasırğaya çevrilmişdir.
Şəhərin Nazim Babayev küçəsində 1 nömrəli dördmərtəbəli evin dam örtüyü yerə düşmüş, binanın elektrik və qaz sisteminə ziyan dəymişdir. Böyükağa Talıblı və Nazim Babayev küçələrinin elektrik təchizatı müvəqqəti dayanmışdır.
Rayonun Babazanlı yaşayış massivində iri gövdəli ağac ikimərtəbəli yaşayış binasının üstünə aşaraq dam örtüyünü zədələmişdir.
Elektrik naqillərinin qırılması nəticəsində Qaraçala qəsəbəsi, Varlı, Yolüstü, Düzənlik və Xurşud kəndləri işıqsız qalmışdır.
Rayon fövqəladə hallar komissiyası qasırğanın yaratdığı problemləri aradan qaldırmaq üçün zəruri tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]