Salyanda qayda pozan sürücülər cərimələnib
Salyan, 8 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, manevr, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb.
Sürücülərin hər biri barəsində inzibati protokol tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib.