SALYANDA QƏTL HADİSƏSİ BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Salyan şəhərinin T.Xəlilbəyli küçəsində yaşayan Salyan Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Həsənov evində ailə münaqişəsi zəminində tabel silahından atəş açaraq arvadı Könülü, baldızı Afaq Həbibovanı və qaynı Qalibi yaralamışdır. Nəticədə Afaq hadisə yerində, Könül xəstəxanada ölmüş, Qalibin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı cinayət işi başlanmışdır.
Ağdam rayonunun Quzanlı qəsəbəsində isə Yüzbaşılı kənd sakini Samir Quliyev münaqişə zəminində qəsəbə sakini Elgün Əliyevə çoxsaylı bıçaq xəsarəti yetirmişdir.
S.Quliyev Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]