Salyanda ticarət dövriyyəsi artıb
Salyan, 18 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin doqquz ayında Salyan rayonunda 166 fiziki şəxs, 24 ticarət müəssisəsi, 36 yerlik kənd təsərrüfatı məhsulları bazarı, 100 yerlik heyvan bazarı, 65 yerlik sənaye malları bazarı ticarət fəaliyyəti göstərib.
Salyan rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, doqquz ayda istehlak bazarında əhaliyə satılmış istehlak mallarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 255 milyon 472,2 min manat olub.
Yanvar-sentyabr aylarında Salyan rayonunun ticarət şəbəkələrindən əhaliyə 146 milyon 658,3 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 108 milyon 813,9 min manatlıq qeyri-ərzaq malları realizə edilib, pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində onların xüsusi çəkisi müvafiq olaraq 57,4 faiz və 42,6 faiz olub .
Təhlil edilən dövrdə istehlak olunan malların dəyərindən 6 milyon 497,3 min manatı və ya 2,5 faizi dövlət sektorunun, 248 milyon 974,9 min manatı və ya 97,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:32]
Şəki Tibb Kollecində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
- 17.11.2026 [17:56]
Azərbaycan Dövlət Aqrar Universitetində Milli Dirçəliş Günü qeyd edilib
- 17.11.2026 [15:21]
Gəncə hakatonunun qalibləri NASA-da təcrübə keçəcəklər
- 17.11.2026 [15:13]