Salyanlı gənclər təlimə cəlb olunublar








Salyan, 15 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Salyan nümayəndəliyində rayon gəncləri üçün “Sosial mediada PR” adlı təlim keçirilib. Təlimin keçirilməsində məqsəd region gənclərinin sosial media sahəsi üzrə maariflənməsidir.
Mərkəzin Salyan nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, GİKM-nin Salyan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadə gənclərə “PR aləti kimi sosial media”, “Sosial mediada PR-ın gücü”, “İctimai əlaqələrin qurulmasında vacib amillər”, “Sosial mediada əlaqələrin qurulması”, “Sosial mediada istifadə olunan PR-ın rəngləri”, “PR və Reklam”, “Hücum PR-ı və Müdafiə PR-ı”, “Uğurlu yerli və beynəlxalq PR təcrübələri” və “PR və Propaqanda” mövzuları haqqında gənclərə məlumat verib.
Sonra gənclər 4 qrupda “Qara PR”, “Ağ PR”, “Sarı PR” və “Yaşıl PR” mövzularına aid sosial media posterləri hazırlayıb və təqdim ediblər.
Sonda mövzular barədə müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.