İQTİSADİYYAT
“Şamaxı” Elektrik Şəbəkəsi Müəssisəsində reydlər davam etdirilmişdir
Bakı, 6 iyul (AZƏRTAC). Bu ilin əvvəlindən “Şamaxı” Elektrik Şəbəkəsi Müəssisəsində keçirilmiş reydlər zamanı 145 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Nəticədə 394,8 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 23,7 min manata yaxın istehlak dəyəri qeydə alınmışdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Şamaxı rayonunun elektrik şəbəkələri yenidən qurulur. Son üç ayda 10, 6 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində, transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Ötən 5 ayda müəssisə üzrə ümumi istehlak artaraq 28,9 milyon kilovat-saata yaxın olmuşdur.
Görülən işlər enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.