Şamaxı üzümçüləri məhsul yığımını başa çatdırıblar
Şamaxı, 3 noyabr, AZƏRTAC
Şamaxıda üzüm yığımı başa çatıb. Plantasiyalardan 12 min 645 ton məhsul yığılıb ki, bu da ötənilki göstəricidən 2336 ton çoxdur.
Rayon icra hakimiyyətindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Şamaxıda son illər üzümçülük sürətlə inkişaf etdirilir. Artıq plantasiyaların sahəsi 1808 hektara çatdırılıb. Bunun 1637 hektarı məhsuldardır. Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ’’ və “Şirvan şərabları” MMC-lər, habelə Sabir, Şəhriyar, Mədrəsə qəsəbələri, Meysəri, Mirikənd, Çarhan ərazi dairələri məhsul istehsalında fərqləniblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa bazarlara çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]