Şamaxıda 69 məktəbdə “Son zəng” çalınıb
Şamaxı, 14 iyun, AZƏRTAC
Şamaxı rayonunda fəaliyyət göstərən 69 ümumtəhsil orta məktəblərində “Son zəng” tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 11 il təhsil aldığı doğma məktəblə vidalaşan, hər kəsdə kövrək hislər yaradan “Son zəng” məzunlar üçün unudulmaz bir gün kimi xatırlanacaq və bu günü onlar rəngarəng tədbirlərlə qeyd ediblər. Nazirlər Kabineti yanında operatıv qərargahın tapşırığına uyğun olaraq açıq havada valideynlərin qatılmadığı “Son zəng”də onlar deyib-gülüb, çalıb-oynayıb, xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində Şamaxı rayonu üzrə ümumtəhsil məktəblərində 665 şagird tam orta təhsil üzrə XI sinfi başa vurub.