ŞAMAXIDA AĞIR CİNAYƏT HADİSƏSİ BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 13-də saat 19.00 radələrində, Şamaxı şəhərindəki “Turist” yeməkxanasının qarşısında ölümlə nəticələnən ağır cinayət hadisəsi baş vermişdir. Şəhər sakinləri Balaxan Həşimov, qardaşları Səfa, əvvəllər məhkum olunmuş Xanlar, onun oğlu Orxanla qohumları Elxan Qədimov və onun qardaşı Elçin arasında münaqişə baş vermişdir. Bu zaman, B.Həşimov və E.Qədimov ov tüfəngindən atəş açmışlar. Nəticədə, Balaxan, Səfa, Xanlar, Orxan, Elxan və hadisə yerinin yaxınlığında olan Goranboy rayon sakini Sarıgül Mustafayeva xəsarət almışlar. Xəsarət alanlar xəstəxanaya yerləşdirilmişlər. Balaxan orada ölmüş, digərlərinin vəziyyətləri isə orta ağırdır. Hadisə yerindən 2 ədəd ov tüfəngi götürülmüş, E.Qədimov isə tutulmuşdur.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]