Şamaxıda örüş sahəsində yanğın hadisəsi baş verib
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus kolluq örüş sahəsində yanğın hadisəsi baş verib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]