REGİONLAR
Şamaxıda payızlıq taxıl əkini başa çatıb
Şamaxı, 24 dekabr, AZƏRTAC
Şamaxı rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb, cari mövsümdə 40 min 275,1 hektar sahədə əkin aparılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, payızlıq taxıl əkini sahələri ötən ildəkindən 711,8 hektar çox olub. Əkin sahələrinin 29 min 321,4 hektarı buğda, 10 min 953,7 hektarı arpadır.
Qeyd edək ki, ən çox taxıl “Aqro Dairy operations” MMC tərəfindən əkilib. Belə ki, cəmiyyət 14 min hektardan çox sahədə səpin aparıb. Qızmeydan icra nümayəndəliyində də fermerlər və fiziki şəxslər 4400 hektarda payızlıq taxıl əkiblər. Ümumiyyətlə, rayonun bir sıra ərazilərində, o cümlədən Sabir qəsəbə, Göylər, Məlhəm, Çarhan icra nümayəndəliklərində də sakinlər mühüm strateji məhsul olan taxılçılığa daha çox maraq göstərirlər. Odur ki, cari mövsümdə bu ərazilərdə əkin sahələri xeyli artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]