Şamaxıda səsvermə prosesi uğurla davam edir
Şamaxı, 7 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Prezident seçkiləri ilə əlaqədar 88 saylı Şamaxı seçki dairəsi üzrə təşkil olunan 60 məntəqədə səsvermə prosesi uğurla davam edir.
Dairə seçki komissiyasının sədri Hüseyn Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə 51 min 559 seçicinin istədiyi namizədə səs vermək hüququ var. İlk dəfə səs verəcək şəxslərin sayı isə 4156 nəfərdir.
Məntəqələrdə hər kəsin öz idarəsi ilə, azad və sərbəst seçim etməsinə imkan verən şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün 734-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib.