Şamaxıda yazlıq bitkilər əkilir
Şamaxı, 6 aprel, AZƏRTAC
Şamaxı rayonunda yazlıq bitkilər əkininə mütəşəkkil hazırlıqlar başlanıb və az vaxtda 556,9 hektarda əkin aparılır.
Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, indiyədək 418,3 hektarda arpa, 20 hektarda noxud, 45 hektarda kartof, 20 hektarda tərəvəz, 38 hektarda bostan məhsulları və digər bitkilər əkilir. Rayonun əksər ərazisində, xüsusilə Qızmeydan, Göylər, Quşçu, Məlikçobanlı və bir sıra digər ərazi dairələrində yaz əkinləri daha mütəşəkkil aparılır. Fermerlər və fiziki şəxslər əlverişli keçən hava şəraitindən maksimum yararlanmağa çalışır, yazlıq əkinlərin vaxtında və aqrotexniki tələblər səviyyəsində başa çatdırmaq üçün ciddi səy göstərirlər.
Qeyd edək ki, cari mövsümdə Şamaxıda 2500 hektaradək sahədə yazlıq bitkiləri əkini gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]
Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır
- 20.11.2026 [23:05]
Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib
- 20.11.2026 [22:42]
Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib
- 20.11.2026 [21:40]