Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samir Hüseynov: Amerikada azərbaycanlı elm adamlarının sayı getdikcə artır

Samir Hüseynov: Amerikada azərbaycanlı elm adamlarının sayı getdikcə artır

Bakı, 30 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Amerikanın Milli Elm Fondu (The National Science Foundation) tərəfindən tədqiqat mükafatına layiq görülən həmyerlimiz, Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov bu günlərdə Bakıda olub. 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin “İnsan Davranışları Laboratoriyası”nda sınaqdan keçirməyə və yeni elmi nailiyyətlər əldə etməyə imkanı verib. AZƏRTAC-ın müxbiri bu fürsətdən yararlanaraq Samir Hüseynovla görüşüb, onun qurduğu nəzəri-iqtisadi davranış modeli ilə bağlı geniş məlumat alıb.

-Mükafat aldığınız üçün sizi təbrik edirəm, istərdim son nailiyyətiniz barədə oxucularımıza geniş məlumat verəsiniz?

-Biz bu prosessə 2016-cı ildə başladıq. Amerikada ən böyük biometrik laboratoriya qurduq. Hazırda mən həmin laboratoriyanın baş meneceriyəm. Laboratoriyamızın tədqiqat istiqaməti iqtisadi modellərin insan əsaslı fərziyyələrini test etməkdir. Bu laboratoriyanın vasitəsilə biz insanların göz hərəkətlərini, emosionallığını, dəridə mikro ölçüdə olan tər vəzlərinin hərəkətini incələyərək onların həyəcanlanması, yaxud da məhsullara olan reaksiyalarını və beyin dalğalarını ölçə bilirik. Bizim fəaliyyətimiz iki istiqamətdən ibarətdir. Birincisi, modellərin fərziyyələrini laboratoriya şəraitində yoxlayırıq. Əgər bəzi fərziyyələr özünü doğrultmursa biz yeni modifikasiyalar təklif edirik. İkinci əldə etdiyimiz istiqamətdə isə biliklərin biznes və marketinq sahəsində tədbiqlərini araşdırırıq. Burada məhsulların qablaşdırılması, qablaşdırılma nişanlarının hansının daha effektiv olması, məhsulun qiymət və keyfiyyət qarşılığı nəzərdə tutulur. Misal üçün, əgər malın qiyməti müştərinin diqqətini cəlb etsə, o zaman keyfiyyətlə bağlı olan məlumatlar ondan ötrü əhəmiyyətli olmayacaq. Ona görə də biz məhsulun müştəriyə verəcəyi faydanı ön plana çəkirik. Başqa sözlə, bizim işimiz həm elmi, həm də praktik əhəmiyyətə malikdir.

-Sizin nəzəri-iqtisadi modeliniz hansı yeni elmi nailiyyətlərə yol aça bilər?

-Qida seçimi elə bir prosesdir ki, bu zaman biz rasional, eyni zamanda irrasional oluruq. Misal üçün, siz gedib hansısa bankda depozit açsanız bu, iqtisadi, başqa sözlə, rasional seçimdir. Amma siz orada irrasional seçimlər etməməyə çalışırsınız, büdcənizi, hədəflərinizi və digər məsələləri hesablayırsınız. Əgər siz acımısınızsa, restoranda qida seçimi etmək istəyirsinizsə, bu zaman irrasional faktorlar ortaya çıxır. Yeməyə qarşı olan istəyiniz, aclığınızın təsiri və başqa səbəblər sizi sizdən asılı olmayan seçim etməyə vadar edir. Bildiyimiz kimi köklük ürək-damar, təzyiq və digər xəstəliklərə səbəb olur. Amerikada da insanların çəkisinin artması böyük bir problemə çevrilib. Bunun üçün də 2007-ci ildə qəbul edilən qanuna əsasən restoranlar müştərilərə yemək verən zaman kalori ilə bağlı məlumatı təqdim etməliydilər. Belə düşünürdülər ki, insanlara bu kimi məlumatların çatdırılması onların daha diqqətli olacağına gətirib çıxaracaq. Çünki insanların kökəlməsinə başlıca səbəblərdən biri kaloridir. Amma sonrakı tədqiqatlar göstərdi ki, insanlar əvvəlki qaydada yemək seçimi edirdilər, hətta bəzi hallarda çəkidə artma müşahidə olunurdu. Mənim elmi işim insanların ac olduğu zaman qida seçimi edərkən diqqətini yayındırma üsullarıyla bağlıdır. Çünki diqqət yayınmasa insan daha çox kaloriyə fikir verəcəkdir.

-Sizcə, insanların kökəlməsinə səbəb qidaların yüksək kalorili olması, yoxsa onların geni modifikasiya edilmiş ərzaqlardan istifadə etməsidir?

-Burada bir az ehtiyatlı olmalıyıq. Geni dəyişdirilmiş qidalarla bağlı müxtəlif səpkili elmi araşdırmalar mövcuddur və onların heç də hamısı belə qidaların ziyanlı olduğunu demir. Mən qida mühəndisi olmadığım üçün işin bu tərəfinə baxmıram. Əsasən hansı ərzaqlarda nə qədər kalorinin olması istiqamətində araşdırmalar aparıram. Bilirik ki, kalori faydalı və faydasız kateqoriyalara bölünür. Çünki elə karbohidrat növü vardir ki, onlar bədəndə gec həzm olunur. Əgər insan qida seçimi zamanı çəkini azaltmaq üçün kaloriyə fikir verirsə, məqsədinə çatması üçün hansı faktorların buna təsir göstərəcəyini bilməlidir.

Kalori ilə bağlı onu deyə bilərəm ki, Azərbaycandakı restoranlarda qida qablaşdırmalarına fikir verdim və gördüm ki, müştərilərə kalori haqqında heç bir məlumat verilmir. Bizim mətbəxdə yüksək kalorili yeməklər daha çoxdur. Yaxşı olardı ki, iqtisadi agentlər bununla bağlı bir araşdırma aparsınlar. Bizdə, restoranlar süfrəyə qida verdikləri zaman kalori nişanları təqdim etsələr bu iş daha effektiv alınar. Əslində insan gün ərzində 2 min kilokalorini aşmamalıdır. İngiltərədə yeməklərin üzərində kalori nişanları olur və bunlar müxtəlif rənglərlə nişanlanır. Əgər nişan sarı rəqəmi göstərirsə bu zaman biz bilirik ki, yediyimiz qida kökəlməyə səbəb ola bilər. Qırmızı rəng isə kalorinin həddindən artıq yüksək olduğunu göstərir. Onu da qeyd edim ki, bəzi kalorilər zərərli yağlardan gəldiyi üçün onun həzmi orqanizmdə eyni cür getmir. Almadan aldığımız kalori xəmirdən aldığımız kalori kimi deyil. Bəzi kaloriləri yandırmaq daha asandır.

-Yola salmağa hazırlaşdığımız bu ildə ABŞ-da yaşayan Azərbaycan əsilli elmi tədqiqatçıların və alimlərin şəbəkəsinin formalaşdırılması məqsədilə Azərbaycan Akademiklər Şəbəkəsi yaradıldı. Həmin şəbəkənin koordinatorlarından biri kimi deyə bilərsinizmi hazırda bu istiqamətdə işlər hansı səviyyədədir?

- Qeyd edim ki, Amerikada azərbaycanlı elm adamlarının sayı getdikcə artır. Onların fəaliyyətlərini əlaqələndirmək, biliklərimizi, nailiyyətlərimizi bölüşmək, problemlərimizi birgə həll etməkdən ötrü Amerika azərbaycanlılarının elmi şəbəkəsini yaratdıq. İyun ayının 17-18-də Corc Vaşinqton Universitetində Birinci ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirildi. Simpoziumda 16 universitet və 10 təşkilatda çalışan amerikalı və azərbaycanlı alim, tədqiqatçı və ekspertlər müzakirələr apardılar. Biz çalışırıq ki, kimya, iqtisadiyyat, riyaziyyat və elmin digər sahələri ilə məşğul olan azərbaycanlılar arasında körpü yaradaq. Amerika və Azərbaycan elm adamları arasında əlaqələrin möhkəmlənməsinə, birgə tədqiqatların aparılmasına və eləcə də əldə etdiyimiz nailiyyətlərin ölkəmizə fayda verməsinə səy göstəririk.

Xatırladaq ki, Samir Hüseynov Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü liseydə oxuyub, Prezident təqaüdçüsü olub, İqtisad Universitetinin xüsusi istedadlar qrupunda təhsilini bitirdikdən sonra Macarıstanda Mərkəzi Avropa Universitetində magistratura təhsili alıb. O, hazırda Texas A&M Universitetində doktorantura təhsilini bitirmək üzrədir. Ailəlidir, iki övladı var.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib