Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samir Rzayev: AZAL tarixində ilk dəfə olaraq maliyyə ilini xalis mənfəətlə başa vurub

Samir Rzayev: AZAL tarixində ilk dəfə olaraq maliyyə ilini xalis mənfəətlə başa vurub

Şuşaya turların təşkili üçün Füzuli hava limanına mütəmadi uçuşların həyata keçirilməsi planlaşdırılır

Bakı, 23 fevral, AZƏRTAC

2022-ci il AZAL üçün ötən illərə nisbətən daha müsbət bir il oldu. Çünki pandemiyadan əvvəlki göstəricilərə nail olunub, sərnişin daşımaları artıb, uçuş coğrafiyası genişləndirilib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZƏRTAC-a məxsusi müsahibəsində əsas amillər barədə - qiymət siyasəti, aviaşirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması, donanmasının genişləndirilməsi planları, yola saldığımız ilin yekunları və qarşıda duran vəzifələr haqqında söhbət açıb.

- Samir müəllim, söhbətimizə postpandemiya dövründə mülki aviasiyanın durumundan başlamaq istərdim. Bir çox aviasiya ekspertləri bildirirlər ki, aviasiya son illərdəki tənəzzüldən sonra bərpa olunmağa başlayıb. Ölkəmizdə də bunu müşahidə edirik mi?

- Bəli, düz qeyd etdiniz. Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, aviasiya sektoruna da çox böyük zərər vurdu. Mülki aviasiya ilə bağlı təhlillər aparan mötəbər beynəlxalq qurumlar da aviasiya sənayesində pandemiyadan əvvəlki göstəricilərin bərpasını 2024-cü ilə proqnozlaşdırıb. Sirr deyil ki, aviasiya sahəsində yaranmış geriləmə Azərbaycandan da yan keçməyib, lakin buna baxmayaraq, ötən il AZAL tərəfindən göstərilən çevik və səmərəli tədbirlər sayəsində pandemiyanın təsirləri minimuma endirilib və 2022-ci ildə sərnişin axınının həcmi, demək olar ki, pandemiyadan əvvəlki ilin göstəricilərinə bərabər olub. Belə ki, ötən il ölkənin bütün beynəlxalq hava limanlarında yola salınmış və qəbul edilmiş sərnişinlərin sayı 5,3 milyondan çox olub ki, bunun da 4,4 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür.

Ümumilikdə 36 min reys yerinə yetirilib ki, onun da 18 mini ölkədaxili reyslərlə birgə, AZAL tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir.

- Qalan reyslər kimin payına düşür?

- Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb. Ümumilikdə 2022-ci ildə 36 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib və 2,2 milyon sərnişin daşıyıb, hansı ki, bu günədək olan rekord nəticədir. Ümumiyyətlə, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41%-ni AZAL, qalan 59%-ni isə digər aviaşirkətlər daşıyıb.

- Xarici aviaşirkətlərin sayının gələcəkdə artması ehtimalı varmı?

-Bizə görə əsas məsələlərdən biri sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması, eyni zamanda, ölkəmizin turizm potensialının artırılmasıdır. Bu səbəbdən hazırda da Azərbaycana uçuşları həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığımızı genişləndirməkdə davam edirik. Həmçinin Azərbaycan həm Avropa, həm də Asiya ölkələrinə nisbətdə əlverişli nöqtədə yerləşdiyindən bu istiqamətlərdə uçuşlar həyata keçirən aviadaşıyıcılar üçün bir növ hab rolunu oynayır və onlar da bunda maraqlıdılar.

Təkcə, ötən il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna 7 yeni aviadaşıyıcı cəlb edilib və bu prosesi bu il də davam etdirəcəyik.

Artıq “WizzAir”, “Pegasus” kimi aşağıbüdcəli aviaşirkətlərlə uçuş coğrafiyasının genişləndirilməsi, “AirAsia”nın cəlb olunması istiqamətində danışıqlar aparırıq. Ümidvarıq ki, müsbət nəticələr əldə edəcəyik və yaxın gələcəkdə sərnişinlərimizi sevindirəcəyik. Həmçinin biz bütün aeroportlarımızı xarici aviaşirkətlərə baza hava limanı qismində də təqdim etməyə başlamışıq.

- Yəni, sərnişinləri bu il daha geniş uçuş istiqaməti gözləyir deyə bilərik?

- Əlbəttə. Təkcə xarici aviaşirkətlər hesabına deyil, AZAL da marşrut şəbəkəsini genişləndirir, uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib.

Artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb. Əgər 2022-ci ildə 36 istiqamətə uçuşlar həyata keçirdirdiksə, 2023-cü ilə bu rəqəmi 62-yə çatdırmağı hədəfləyirik.

Bir çox istiqamət üzrə uçuşlara başlamağı planlaşdırırıq. Bu ilin mart ayından etibarən AZAL tərəfindən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılacaq. May ayından etibarən milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə uçuşlar yerinə yetirəcək. Əsas kökləndiyimiz uçuş coğrafiyasını şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir.

- Sərnişinlər üçün əlçatanlıqdan danışırıqsa, əlbəttə ki, burada qiymət siyasətinə toxunmamaq mümkün deyil. Cəmiyyətdə bəzən aviabiletlərin qiymətləri ilə bağlı bir sıra narazılıqlara rast gəlirik və bu barədə sizin fikrinizi öyrənmək istərdik.

- Bu məsələyə daha geniş aydınlıq gətirmək istərdim, çünki son zamanlar insanlar arasında müəyyən fikir ayrılıqları yaranıb. Mənzərə tam aydın görünsün deyə, əvvəlcə aviabilet qiymətlərinin formalaşmasına təsir göstərən əsas xərc maddələrini sadalamaq istərdim. Bunlara aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri aiddir.

Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, bunun nəticəsində yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Məlumdur ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik.

Bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.

AZAL sərnişinlərini düşünərək xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır (Təyyarənin müəyyən vaxtda və ya müddətdə eniş və uçuşu əməliyyatının yerinə yetirilməsi üçün aeroportda reysə ayrılan zaman - red). Çünki uçuşların hansı saatlarda və hansı təyyarə ilə həyata keçirilməsi, hansı təyinat hava limanına enməsi və ya hansı terminala yaxınlaşması da aviabiletin qiymətinə təsir edən amillərdəndir.

Həmçinin aviaşirkətimiz tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərimizə daha sərfəli qiymətlərlə daimi istiqamətlərimizdə səyahət etmək imkanı yaradırıq. 2022-ci ilin sonlarında AZAL promo aksiya keçirdi və nəticədə 9 istiqamətdə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışı çıxartdı. Yəni, sərnişinlər üçün tədricən əlçatanlığı təmin etmək məqsədilə fəal şəkildə həm qısamüddətli, həm də uzunmüddətli tədbirlər həyata keçiririk.

- Cavabınızdan belə başa düşdüm ki, hazırda AZAL-ın xərclərinin optimallaşdırılması istiqamətində fəal iş aparılır. Bu, bir növ həm də aviaşirkətin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

- Tamamilə doğrudur. “McKinsey” Beynəlxalq Məsləhət Şirkəti ilə birgə 2023-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı hazırlamışıq və hazırlanmış strategiya təsdiq olunub. Əlavə olaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlərdə beynəlxalq təcrübənin tətbiqi nəticəsində sahəvi fəaliyyətlərin təkmilləşdirilməsi yönündə işlər görülməkdədir.

- Yəni, artıq aviaşirkətin 2030-cu ilədək hədəfləri müəyyənləşib?

- Bəli, AZAL-ın 2030-cu ilə qədər hədəfləri Strateji İnkişaf Planında öz əksini tapıb. Burada əsas məsələ köhnə təyyarələrin tədricən istismardan çıxarılması və yeni geniş gövdəli və dar gövdəli hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır ki, bu da öz növbəsində müəyyən xərclərə əhəmiyyətli qənaət etmək imkanı yaradır. Hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. Bu xərclərdən qurtulmaq üçün biz Strateji İnkişaf Planımızda da 2030-cu ilədək parkımızda yalnız 2 növ hava gəmisinin saxlanmasını nəzərdə tuturuq. Parkımız dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaqdır.

Ümumiyyətlə, bu inkişaf planı genişdir və özündə bir çox məsələləri ehtiva edir. Bunlara misal olaraq hava gəmisi parkının unifikasiyasını, uçuş şəbəkəsinin genişləndirilməsini, uçuşlar arasında düzgün koordinasiya sisteminin qurulmasını göstərə bilərəm. Bu yöndə AZAL tərəfindən turizm agentləri ilə görüşlər təşkil olunur, hansı istiqamətə daha çox tələbatın olduğu öyrənilir, sorğular keçirilir. Bu bizə həm də uçuş coğrafiyasını düzgün səmtləşdirməyə imkan verir. Həmçinin onlayn sistem üzərindən aviabilet satışlarının stimullaşdırılması, sərnişinlərin rahatlığının təmin olunması məqsədilə işlər görülür. Hazırda aviaşirkətin saytı, o cümlədən mobil tətbiqi təkmilləşdirilir, hər ikisini daha funksional və rahat etməyə çalışırıq.

- Samir müəllim, bütün bu tədbirlər sərnişinlər üçün əlçatanlığa hesablanıb. Heç də az əhəmiyyətli olmayan məqamlardan biri də şirkətin öz maliyyə vəziyyətinin sağlamlaşdırılmasıdır. Bu istiqamətdə hansı işlər görülüb?

- Təbii ki, şirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması da vacib amillərdən biridir və bu məsələ hər zaman diqqətdə saxlanılır. Ümumiyyətlə, 2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Onu da deyə bilərəm ki, ötən il həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub.

Həmçinin hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı 2022-ci ildə alınan “AirbusA320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.

Düşünürəm ki, 2022-ci ilin maliyyə yekunları ilə bağlı ən vacib məsələlərdən biri də beynəlxalq maliyyə standartlarına əsasən ilkin nəticələrə görə AZAL-ın tarixində ilk dəfə olaraq ötən ili xalis mənfəətlə başa vurmasıdır. Hədəfimiz də elə bu tendensiyanı qoruyub saxlamaq və davam etdirməkdir.

- Regional aeroportların fəaliyyətinə toxunmaq istərdim. Bölgələrimizdə mövcud olan hava limanlarından istifadənin gələcəkdə daha da genişləndirilməsi üçün hər hansısa addımlar atılırmı?

- Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. Qarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, daha öncə 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və ötən ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu hava limanlarında yaradılan şərait öz növbəsində beynəlxalq standartlara uyğun olaraq uçuşların həyata keçirilməsinə imkan verir. Həmçinin bu hava limanları bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır. Eyni zamanda, ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir.

Hava limanlarının fəaliyyətindən danışarkən, AZAL regional hava limanlarından beynəlxalq istiqamətlər üzrə yalnız Rusiyaya ə Türkiyəyə uçuşlar həyata keçirir. O cümlədən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti də mövcuddur və Şuşaya turların təşkili üçün Füzuli hava limanına mütəmadi uçuşların həyata keçirilməsi planlaşdırılır.

Hazırda aşağıbüdcəli aviaşirkət olan “WizzAir” ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır. Daha öncə qeyd etdiyim kimi, biz bütün regional aeroportlarımızı xarici aviaşirkətlərə baza hava limanı qismində də təqdim etməyə hazırıq və bunun üçün mövcud şərait də var.

- AZAL aparıcı aviaşirkət olmaqla yanaşı, həm də dünyada ən təhlükəsiz hava yollarından biri kimi tanınır. Onun təhlükəsizliyinin təminatçıları sırasında “Azəraeronaviqasiya” Hava Hərəkətinə Nəzarət İdarəsi (AZANS) var. Sonda qısa şəkildə AZANS-dakı yeniliklərə də nəzər salaq.

- Təhlükəsizlikdən danışaraq qeyd etmək istərdim ki, ötən il “Azərbaycan Hava Yolları”nın növbəti dəfə IOSA-nın (Beynəlxalq İstismar Təhlükəsizliyinin Audit proqramı- red.) əməliyyat təhlükəsizliyi auditindən uğurla keçməsi ciddi beynəlxalq mülki aviasiya təhlükəsizliyi tələblərinə cavab verən etibarlı aviaşirkət kimi qəbul edilməsi üçün mühüm amildir.

AZANS-ın fəaliyyətinə diqqət yetirsək, ötən il “CANSO Global Safety Achievement” nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin Top-5 ən etibarlı təchizatçıları siyahısında yer alıb. Burada Azərbaycanla yanaşı, ABŞ, Argentina, Tayland, həmçinin Yeni Zelandiya da var.

Bu gün AZANS tərəfindən vaxtında görülən tədbirlər sayəsində Avropadan Asiyaya uçuşlar həyata keçirən aviaşirkətlər qısa müddət ərzində alternativ marşrutlara və regiondakı böhran vəziyyətlərinə uyğunlaşa bilib.

- Yəni, Azərbaycan hava məkanının beynəlxalq hava daşımalarında tranzit dövlət kimi rolu artıb.

- Bəli, ölkəmiz üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi, onların səmərəliliyinin və ekoloji təhlükəsizliyinin artırılması sahəsində AZANS tərəfindən görülən daimi işlər nəticəsində ölkə üzərindən tranzit hava daşımalarında artım mövsümi aylarda 2,6 dəfə olmaqla, ümumi orta artım tempi 1,3 dəfə olub. Hazırda Azərbaycanın hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilir. Yəni, bu bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün daha cəlbedicidir. Həm də, Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə əməkdaşlığı dinamik şəkildə genişləndirir.

- Samir müəllim, suallarımızı dolğun şəkildə cavablandırdığınız üçün təşəkkür edirik və cari ildə də fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.

- Bu il Azərbaycan mülki aviasiyasının 85 illiyi qeyd olunacaq. AZAL əldə etdiyi nəticələri 2023-cü ildə möhkəmləndirməyi və fəaliyyətinin bütün sahələrində uğurları inkişaf etdirməyi planlaşdırır. Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur

Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Kristian Kamill: Müxtəlif dini inanclara malik insanların yaşadığı dünyəvi dövləti qorumaq üçün ortaq maraq mövcuddur

® “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Qara dənizdə dron hücumuna məruz qalan gəmi Bolqarıstanın iqtisadi zonasına daxil olub

Yunanıstanda güclü yağışlarla əlaqədar bayram paradları ləğv edilib

Müzəffər Kamilov: Dinlərarası dialoq qarşılıqlı etimadı və həmrəyliyi möhkəmləndirmə vasitəsidir

Bərdədə terror qurbanlarının xatirəsi anılıb

Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib

Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir

Proqnozlar Fransada siyasi və büdcə qeyri-müəyyənliyi fonunda iqtisadiyyatın yavaşlayacağını göstərir

“Onun balalarını heç vaxt tək qoymayacam...” - Bərdə terrorundan 6 il ötür

Ramin Məmmədov: Azərbaycan bütün dini abidələrin bərpasına böyük həssaslıq və sadiqliklə yanaşır

Sərdar Məhəmməd Yusif: Pakistan dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır

KAICIID-ın nümayəndəsi: Dini liderlərin qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyi şərait yaradılmalıdır

BMT rəsmisi: Müxtəlif dinlərin nümayəndələri ilə dialoqa ehtiyacımız var

Nihal Saad: Azərbaycan dinc yanaşı yaşamanın, mədəni müxtəlifliyin uzunmüddətli ənənəsini yaşadır

Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar VİDEO

Ahmet Turan: Azərbaycanla Hindistan üçün ən real yol iqtisadiyyat, texnologiya və insanlararası əlaqələrdə praktiki nəticələr əldə etməkdir

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir

“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib

Migel Anxel Moratinos: Din xadimlərinin müqəddəs şəxsiyyətlər olduğuna inanıram

ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

Akif Quliyev: Müasir suvarma texnologiyaları su itkilərini azaldır, məhsuldarlığı artırır

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edib VİDEO

Linqvistikaya dair əlyazmalar kataloqunun birinci cildi nəşr olunub

Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir

Şirvan suvarma kanalının yenidən qurulması 100 min hektardan artıq yeni əkin sahəsinin su təminatını yaxşılaşdıracaq

Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə

Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH

Paytaxt məktəbliləri XII Bakı Beynəlxalq Kitab Sərgisində

® “Rabitəbank” Zəfər Gününə özəl biznes kampaniyasına start verib

Baş Prokurorluq: Məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır

“CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Bu il dövlət zəmanətli borcda sabit faizli öhdəliklərin payı azalıb, dəyişkən faizli öhdəliklərin payı isə artıb

Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB VİDEO

Dostluq Assosiasiyasının prezidenti: Mərakeşdə Azərbaycanla bağlı məlumatları daim diqqətlə izləyirik

Azərbaycanda incəsənət təhsili yenilənir: gənclər yeni yaradıcılıq istiqamətlərinə yönəlir

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Nazir müavini: Builki Mədəniyyətlərarası Dialoq Forumu daha geniş proqrama malikdir VİDEO

Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib

Nazir müavini: İşəgötürənlərə tövsiyə edirəm ki, işaxtaranlara daha diqqətlə yanaşsınlar

Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir

Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Komitə rəsmisi: Dinlərarası dialoqa ortaq gələcək naminə yol xəritəsi kimi yanaşırıq VİDEO

Gündüz İsmayılov: Siyasi-iqtisadi potensial, tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir

® Bu bank minimum 8.5%-lə kredit təklif edir

Azərbaycanda işləmiş almaniyalı funksioner: U-15 dünya çempionatı analoqu olmayan tədbirdir

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu

Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti 3,64 təşkil edib

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Səudiyyə Ərəbistanının nümayəndəsi: Digər üzv dövlətləri də Məkkə Konvensiyasına qoşulmağa çağırırıq VİDEO

Tokayev 2027-ci ilin Qazaxıstanda “Böyük Tikinti İli” elan olunmasını təklif edib

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər

Kimya İnstitutunun gənc alimləri məktəblilər üçün ustad dərsi keçiblər

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

Xaçmaz şəhərində park yenilənir, yeni yaşıllıq zolaqları salınır

Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq

Şirvan suvarma kanalının yenidən qurulması işlərinin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur

Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər

Dünyanın istehlak malları və ərzaq məhsulları istehsalçıları gələn il qiymətlərin artacağı barədə xəbərdarlıq ediblər

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb

Məktəb və ailə əməkdaşlığına dair maarifləndirici tədbir təşkil edilib

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir VİDEO

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur

Multikulturalizm Azərbaycanda xalq həmrəyliyinin əsasını təşkil edən amillərdəndir – ŞƏRH

Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir

“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Tarixçi-alim: Azərbaycançılıq ideologiyasının əsasında dövlət Bayrağımızın bütün rəngləri dayanır

Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub

“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq VİDEO

ADA Universitetində rəqəmsal dövrdə təhsilin prioritetləri diqqət mərkəzində olacaq

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib VİDEO

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib VİDEO