İQTİSADİYYAT
Samux rayonunun elektrik təsərrüfatında təmir işləri aparılır
Bakı, 13 iyun (AZƏRTAC). Samux rayonunun elektrik təsərrüfatında istismar və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əsaslı və cari təmir işləri aparılır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Samux Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə son vaxtlar 30-dan artıq transformator təmirdən çıxarılmışdır. Müxtəlif güclü transformatorlar təftiş edildikdən sonra onlara yağ əlavə olunmuşdur. Qəsəbə və kəndlərdə 0,4 kilovoltluq (kV) ağac dayaqları yenisi ilə əvəzlənmişdir. Bundan əlavə, 0,4 və 10 kV-lik elektrik verilişi xətləri texniki istismar qaydalarına uyğun olaraq təmir olunmuş, ayrı-ayrı xətlər üzrə 4,2 km naqil yenisi ilə əvəzlənmiş və s. işlər görülmüşdür.