Samuxda bayram yarmarkası açılıb
Samux, 17 mart, Elcan Məmmədov, AZƏRTAC
Novruz bayramı münasibətilə Samux şəhərinin yeni salınmış Samux parkında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkaya 10 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulları satışa çıxarılıb və məhsullar bazar qiymətindən 30-40 faiz aşağı qiymətlərlə satılıb.