CƏMİYYƏT
Samuxda evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 30 aprel, AZƏRTAC
Samux rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Məmmədova saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qazax şəhər sakini, əvvəllər məhkum olunan F.Məmmədova saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.