Samuxda taxıl biçini başa çatıb
Samux, 4 avqust, Vüsalə Cənnətova, AZƏRTAC
Bu il üçün Samux rayonunun təsərrüfatlarında 10822,4 hektar taxıl sahəsində biçin aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, biçilən sahələrin 5292,6 hektarı buğda, 5529,8 hektarı arpa sahələri olub. Ümumilikdə 46688,5 ton məhsul yığılıb. Bunun 25818,7 tonu buğda, 20869,8 tonu arpadır.
Buğdanın məhsuldarlığı hər hektardan 48,8 sentner, arpanın məhsuldarlığı isə 37,7 sentner təşkil edib. Yüksək məhsuldarlığın əldə olunmasında vaxtında aparılmış aqrotexniki tədbirlər, keyfiyyətli toxum materialı, fermerlərin bilik və bacarıqları rol oynayıb. Rayonda taxıl biçini başa çatıb.