Samuxda yeni yaşıllıqlar salınıb
Samux, 24 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Samux rayonunda Novruzun ilk müjdəçisi – Su çərşənbəsi münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samux–Kür çayı yolunun ətrafında keçirilən aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, sakinlər iştirak ediblər. Aksiyada, ümumilikdə, 500 ədəd Xan çinarı, Eldar şamı və digər növ ağaclar əkilib.
Yeni tinglər üçün damcılı suvarma sistemi çəkilib və suvarma aparılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq aqrotexniki qaydada qulluq göstərilib.