Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Mançini və Qratsia Zafferanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü - Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə əmin-amanlıq, inkişaf və firavanlıq diləyirik.

Hörmətlə,

 

Alessandro Mançini və Qratsia Zafferani

San-Marino Respublikasının Kapitan-Regentləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin