San-Marino Respublikasının Kapitan-Regentlərindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı, dost ölkənizin xalqına tərəqqi, əmin-amanlıq və rifah diləyirik.
Zati-aliləri, xahiş edirik bizim ən dərin ehtiramımızı qəbul edin.
Hörmətlə,
Can Nikola Berti,
Massimo Uqolini
San-Marino Respublikasının Kapitan-Regentləri