RƏSMİ SƏNƏDLƏR
San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Skarano və xanım Adele Tonniniyə
Zati-aliləri,
San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost San-Marino xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2023-cü il.