İQTİSADİYYAT
San-Xosedə “Azərbaycan ilə Silikon Vadisi arasında əməkdaşlığın perspektivləri” mövzusunda brifinq-seminar keçiriləcəkdir
Vaşinqton, 17 oktyabr (AZƏRTAC). ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə oktyabrın 28-də San-Xosedə “Azərbaycan ilə Silikon Vadisi arasında əməkdaşlığın perspektivləri” mövzusunda brifinq-seminar keçiriləcəkdir. Palatanın bəyanatında deyilir ki, Azərbaycanda xarici investisiyaların yatırılmasına görə neft sənayesindən sonra ikinci yerdə qərarlaşan informasiya-kommunikasiya texnologiyaları sektoru qarşıdan gələn on ildə dörd dəfə genişlənəcəkdir. Brifinqdə telekommunikasiyalar sahəsində işləyən potensial sərmayədarlar barədə məlumat veriləcəkdir. Bundan əlavə, Azərbaycan şirkətlərinin Silikon Vadisinə investisiyalarının perspektivləri müzakirə olunacaqdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton