Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovdan

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin sayənizdə Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənib və genişlənib, bir sıra investisiya layihələri həyata keçirilib, mühüm siyasi qərarlar qəbul edilib, çoxsaylı dövlət strukturlarında vacib dəyişikliklər baş verir. Siz haqlı olaraq, müdrik və təcrübəli siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi həmvətənlərinizin səmimi hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız. Siz, Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişaf etdirilməsinin prinsipial tərəfdarı kimi, iki dövlət arasında strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Sizə səmimi qəlbdən xoş günlər, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Vaqif Məmişov

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni

Muxtariyyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin