Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sankt-Peterburqdakı “Azərbaycanlıların dostları cəmiyyəti” Regional İctimai Təşkilatı Şurasının sədri İdris Qəhrəmanovdan

Çox hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə Sankt-Peterburqdakı “Azərbaycanlıların dostları cəmiyyəti - Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xoş arzularımızı çatdırırıq.

Biz, Neva sahillərində yaşayan azərbaycanlılar Sizin çoxşaxəli fəaliyyətinizi, şəxsi təşəbbüslərinizi və Azərbaycan Respublikasının inkişafı yolunda göstərdiyiniz səyləri yüksək qiymətləndiririk.

Sankt-Peterburqda yaşayan azərbaycanlılar qətiyyətlə bildirirlər ki, Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq prinsiplərinə söykənən dostluq münasibətləri ölkələrimizin xalqlarının maraqlarına uyğun şəkildə bundan sonra da dərinləşəcək. Siz Rusiyada yaşayan həmvətənlərimiz arasında yüksək hörmət və nüfuz qazanmısınız.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə nəzərdə tutduğunuz bütün planların reallaşmasını, Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirik.

Hörmətlə,

İdris Qəhrəmanov

Sankt-Peterburqdakı “Azərbaycanlıların dostları cəmiyyəti” Regional İctimai Təşkilatı Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin