Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı Zəfərimizin 5-ci ildönümünə

Şanlı Zəfərimizin 5-ci ildönümünə

Bakı, 8 noyabr, AZƏRTAC

Bu gün xalqımızın öz milli dövlətçiliyi və suverenliyi ilə qürur hissi keçirdiyi, fəxr etdiyi tarixi bir gündür, müasir tariximizdə böyük bir mərhələnin başlanğıcıdır. Ulu Öndər Heydər Əliyevin vaxtilə gələcəyə inamla söylədiyi: “Bizim əsas problemimiz işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsinin qəhrəman oğullarımızın əzmi, iradəsi və qanı ilə gerçəkləşdiyi bir məqamdır. Buna görə də Vətənin azadlığı uğrunda canından və qanından keçmiş – şəhid olmuş, yaralanmış, misilsiz hünər göstərmiş hər bir əsgər və zabitin xatirəsini dərin ehtiramla anırıq! Onların adları xalqımızın yaddaşında cəsarət və fədakarlıq rəmzi kimi əbədi yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Şanlı Zəfərimizin 5-ci ildönümünə” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Təxminən otuz il ərzində torpaqlarımızın 20 faizi işğal altında qaldı. Bədxah qonşumuz Ermənistanın silahlı təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edildi, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana və digər yüzlərlə ictimai obyekt yerlə-yeksan olundu, soydaşlarımıza qarşı amansız qətl, qırğın və talanlar törədildi, çoxlu sayda şəhər və kəndlərimiz məhv edildi, xalqın ibadət yeri olan onlarla məscid və ziyarətgahlarımız təhqirə məruz qaldı, milyonlarla soydaşımız öz yurdundan didərgin düşdü – bütün bunlar xalqımızın canına və ruhuna vurulan ağır bir yara idi. Amma Azərbaycan xalqı ruhdan düşmədi. Biz ədalətə olan inamımızı heç vaxt itirmədik. Haqq-ədalətin bərpasını səbir və təmkinlə gözlədik. Beynəlxalq aləmdə vəziyyətin sürətlə dəyişdiyi bir dönəmdə Azərbaycan Respublikası müdrik dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında öz dövlətçiliyini möhkəmləndirməyi, ordusunu gücləndirməyi, özünün dirçəliş və inkişaf dövrünün təməlini qoya bildi. “Ordu ölkəmizin, xalqımızın, dövlətimizin müstəqilliyinin dayağıdır” söyləyən Heydər Əliyevin bu sözləri bütöv bir nəsil üçün bələdçi və prioritet məsələ oldu. Ulu Öndərin başlatdığı bu konstruktiv siyasət onun siyasi kursunun layiqli varisi, ölkəmizi tarixi qələbəyə inamla aparan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.

2020-ci ilin 27 sentyabrında atəşkəs rejimini növbəti dəfə kobudcasına pozaraq, yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriyadan istifadə edərək intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Ordusu bütün cəbhə boyunca əks-hücum əməliyyatına başladı və 44 gün ərzində tarixin axarını dəyişdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz parlaq hərbi strategiya, texniki üstünlük, nizam-intizam və vətənpərvərlik nümunəsi göstərdi. Bu müharibədə qazanılan Zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun və intellektin qələbəsi idi. Biz dünyaya nümayiş etdirdik ki, XXI əsrdə qələbə təkcə silah gücü ilə deyil, həm də ağıl, zəka, texnologiya və ümumxalq birliyi ilə mümkündür. 44 günlük müharibənin hər günü qəhrəmanlıq və birlik salnaməsidir. Döyüşə gedən hər bir əsgər bilirdi ki, kiçikdən-böyüyə bütün xalq onun arxasındadır, ona qələbə arzu edir.

2020-ci il noyabrın 8-də ordumuz Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi və xalqımızın mənəvi məbədi olan Şuşa şəhərini azad etdi. Şuşanın azad edilməsi Prezident İlham Əliyevin həmin gün dediyi kimi: “Bizim əyilməz ruhumuzun təntənəsi idi”. Həmin andan etibarən üçrəngli Bayrağımız yenidən Qarabağ səmasında qürurla dalğalanır və bu bayraq heç bir zaman enməyəcək.

Azərbaycanın qələbəsi təsadüfi olmayıb, atəşkəsdən sonrakı 26 il ərzində dövlətçiliyin davamlı olaraq möhkəmlənməsinə yönəlmiş uzaqgörən siyasətin məntiqi yekunu idi. Bu, dəmir iradəni, diplomatik çevikliyi və möhkəm qətiyyəti özündə birləşdirən Prezident İlham Əliyevin müdrik siyasətinin qanunauyğun nəticəsi idi. Azərbaycanın sarsılmaz qələbəsi onun güclü iqtisadiyyatı, müasir ordusu, ən əsası isə dövlət-xalq-ordu birliyi sayəsində mümkün oldu.

Qələbədən sonra Azərbaycan yeni bir tarixi dövrə — dirçəliş dövrünə qədəm qoyub. Azad edilmiş torpaqlarda şəhərlər və kəndlər bərpa edilir, təhsil müəssisələri yenidən qurulur, məktəblər, yollar, hava limanları tikilir. Bu, sadəcə dağıdılmış infrastrukturun bərpası deyil. Bu, həm də dayanıqlı inkişaf, innovasiya və yüksək mədəniyyət prinsiplərinə əsaslanan yeni bir həyatın başlanğıcıdır. “Böyük qayıdış”, “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” proqramları dünyaya nümayiş etdirir ki, Azərbaycan təkcə müharibədə, həm də sülh quruculuğu prosesində qalibdir. Biz doğma torpaqlarımıza elmi, təhsili və mədəniyyəti bərpa edən yaradıcı missiya ilə qayıdırıq. Bu proses artıq milli dirçəlişin rəmzinə çevrilib. Elm və təhsil müəssisələri, mədəni-mənəvi təsisatlar bu böyük işdə xüsusi rol oynayır. Artıq döyüş meydanındakı qələbə zehinlərdə, qəlblərdə və mədəniyyətdə Qələbə kimi əbədiləşir.

Xalqımızın ən qədim təhsil ocağı olan Bakı Dövlət Universiteti də öz məzunlarının Zəfərə misilsiz töhfələr verməsi ilə qürur duyur. Bu gün bizim qarşımızda mühüm bir vəzifə durur: təkcə qələbə əzmini qoruyub saxlamaq deyil, həm də Qarabağı elm, incəsənət və innovasiyalar mərkəzinə çevirəcək nəsil formalaşdırmaq, savadlı, bacarıqlı və vətənpərvər vətəndaşlar yetişdirmək. Bu mənada, professor-müəllim heyətinin və gənclərimizin çiyinləri üzərində də böyük məsuliyyət dayanır.

Beş il bundan əvvəl 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə əbədi həkk olundu. Ədalətin səbir və əzmkarlıqla bərpa edildiyini, xeyirin şər üzərində hər zaman qalib gəldiyini sübut edən şanlı Zəfərimiz həm də bütün dünya üçün tarixin ibrət dərsi oldu.

Qoy millətimizin qürur mənbəyi, gələcəyə olan inamının əbədi rəmzi olan üçrəngli Bayrağımız azad, qüdrətli, müstəqil və suveren Azərbaycanımız üzərində əbədi olaraq dalğalansın!

Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!

Yaşasın şanlı Ordumuz!

Yaşasın Azərbaycan xalqı!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər